Bütün xəbərlər
Məşhur iş adamı sumqayıtlı çapar Gülay Fərzəliyevaya at hədiyyə edib - VİDEO
Tarix: 25-08-2019 01:12 | Bölmə: Cəmiyyət


                      Məşhur iş adamı sumqayıtlı çapar Gülay Fərzəliyevaya at hədiyyə edib - VİDEO

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yüksək sürətlə at çapma bacarığı ilə məşhurlaşan Gülay Fərzəliyevaya Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse - prezidenti, iş adamı Füzuli Məmmədov Qarabağ cinsindən olan  at hədiyyə edib.
Bu barədə Xeberle.com-a G. Fərzəliyevanın atası Vüsal Fərzəliyev məlumat verib. O, bildirib ki, bir müddət öncə F. Məmmədova məktubla müraciət edilib: "Füzuli Məmmədov bizim bu istəyimizə müsbət cavab verdi. Və qızıma Qarabağ cinsindən olan at hədiyyə etdi. Hədiyyəyə görə, həmyerlimizə öz minnətdarlığımızı bildirik".
Xatırladaq ki, Sumqayıt şəhərində yaşayan  10 yaşlı G. Fərzəliyeva at çapma bacarığı ilə tanınır.
                               


Baxış sayı: 698


Bölməyə aid digər xəbərlər