Bütün xəbərlər
Onun üçün ən böyük mükafat şagirdlərinin sevgisidir -TƏBRİK EDİRİK!
Tarix: 24-08-2019 09:30 | Bölmə: Cəmiyyət


Quliyeva Gülnarə Əbülfət qızı 1985 - ci il avqust ayının 24-də Azərbaycanın tərkib hissəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində ziyalı ailəsində anadan olub . 1991 - ci ildə Abşeron rayon Xırdalan qəsəbəsi Bəxtiyar Cəfərov adına 3 nömrəli tam orta məktəbin 1 - ci sinifinə daxil olub, 2001 - ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib . Elə həmin ildə də Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olub və 2005 - ci ildə Əsas təhsil pilləsi üçün xarici - dil ( ingilis ) ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək xarici dil müəllimi ixtisası alıb. 2007 - ci ildən indiyə qədər Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə öz ixtisası üzrə müəllimlik vəzifəsini icra edir . Nümunəvi fəaliyyətinə görə diplomlarla mükafatlandırılıb.
YAP-nın fəal üzvüdür. Ailəlidir. İki övladı var.
Təhsil aldığı orta məktəbdə , tələbə olduğu kollecdə , işlədiyi məktəbdə dürürüstlüyü və sadəliyi ilə böyük hörmət qazanaraq hər kəsin sevimlisiniə çevrilmişdir . Onun üçün ən böyük mükafat şagirdlərinin sevgisidir .
24 avqust Gülnarə müəllimənin doğum günüdür. Onu bu münasibətlə Sabaha-inamla.Az xəbər portalının kollektivi səmimi qəlbdən təbrik edir, can sağlığı,işlərində uğurlar arzulayır!
Sabaha-inamla.Az








Baxış sayı: 723


Bölməyə aid digər xəbərlər