Bütün xəbərlər
İstedadlı, vətənpərvər, gənc rəqqasə -UĞURLAR DİLƏYİRİK!
Tarix: 21-08-2019 02:19 | Bölmə: Cəmiyyət

Azərbaycan tarixən istedadlar diyarıdır. İstedadlı uşaqlar, gənclər, həm ailələr, cəmiyyət, həm təhsil müəssisələri, həm də dövlətimiz tərəfindən lazımi səviyyədə qayğı ilə əhatə olunur.
Məlumdur ki, xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi üçün təhsil müəssisələri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda uşaqların, gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər çoxdur, günü-gündən də bu işlərin miqyası artır. 

                                  
Söhbət açacağımız istedadlı gənclərdən biri də Cəbiyeva Mehparə Etibar qızıdır. M.Cəbiyeva 2003-cü ildə Bakı şəhərində anadan olub. O, Bülbül adına müsiqi məktəbində, Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə, Bakı Xarioqrafiya məktəbində təhsil alıb. İndi isə Bakı Xarioqrafiya Akademiyasının 2-ci kursunda oxuyur.  O, 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş "Sağlam ailə dövlətin sosial dayağıdır" adlı tədbirdə oynadığı milli rəqslə tamaşaçıların alqışını qazanıb, göstərilən etimadı doğruldub. Eləcə də digər dövlət tədbirlərində musiqi sədaları altında yüksək səviyyədə müxtəlif rəqslər edib. Fəxri fərman və diplomla təltif olunub.
Onun at belində, bayraq əlində -milli ruhda hazırlanmış, ümummilli lider Heydər Əliyevin səsi səslənən videosüjetdəki görüntüsü də mənalı, təsirli və təqdirə layiqdir.
                               
Sabaha-inamla.Az xəbər portalının kollektivi bu gənc tələbəni səmimi qəlbdən təbrik edir, ona uğurlar arzulayır!
Kamran Orucov
Sabaha-inamla.Az









Baxış sayı: 1 979


Bölməyə aid digər xəbərlər