23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
"Sənət və sənətkar hər zaman ucada olmalıdı"-ZAKİR RƏHİMLİ -TƏBRİK EDİRİK!
Tarix: 15-08-2019 14:33 | Bölmə: Cəmiyyət

-Bu gün görkəmli pedaqoq , musiqişunas, kaman ustası hörmətli Salman Əliyevin doğum günüdü! Salman müəllimin 65 illiyini və sənətinin 50 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Qeyd edim ki, Salman Əliyev atamın ən yaxın dostu və sirdaşı olub. Salman müəllim haqqında çox yazmaq olar , onun səmimiliyi, dostluğu və mənən saf , dürüst bir insan olduğunu vurğulamaq istərdim. Savadı və biliyi tək musiqidə deyil, hətta milli tariximizi, türk və dünya tarixini mükəmməl bilən Salman müəllim hər tərəfli gözəl insan və pedaqoqdur. Onun tələbələri indi çox səhnələrdə , televiziyalarda fəaliyyət göstərirlər. Bu o deməkdir ki, Salman müəllim zəhmətlə yetişdirdiyi tələbələr milli musiqimizi davam etdirlər və milli mənəvi dəyərləri qoruyub saxlayırlar. Ona görədə mən tam səmimi ürəklə belə gözəl insana 100 yaşa deyirəm. Sənət və sənətkar hər zaman ucada olmalıdı. Bir daha təbrik edirəm Ustad !!! Doğum günününüz mübarək! Allah hər zaman Sizi qorusun!




Baxış sayı: 650


Bölməyə aid digər xəbərlər