23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Ramzan Kadırov düşmənləri haqda danışdı
Tarix: 15-08-2019 07:00 | Bölmə: Cəmiyyət



Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün və xalqının düşmənləri haqda danışıb.
RBK xəbər verir ki, jurnalist Ruslan Qurbanova verdiyi müsahibədə Çeçenistan lideri sərt bəyanatlarla çıxış edib.
O, Dağıstanda etiraza səbəb olan şeyx Şamil haqda sözlərinin düzgün təfsir olunmadığını bildirib:
“Mənim sözlərimi düzgün çatdırmayanlar bizim düşmənimizdir. Mən onları satqın, şeytan, düyməcik qəhrəman adlandırıram”.
Kadırovun sözlərinə görə, düşmən deyəndə o Dağıstan camaatını nəzərdə tutmayıb.
“Mənə, atama, xalqıma qarşı nalayiq ifadələr işlədənləri nəzərdə tutmuşam. Onlar müsəlman deyil, şeyx Şamil davamçıları deyil, çünki yarıçılpaq qadınlarla şəkillərini yayırlar”, - deyə, Kadırov vurğulayıb.


Baxış sayı: 640


Bölməyə aid digər xəbərlər