23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
FHN əməkdaşı yanğında xəsarət aldı - VİDEO
Tarix: 11-08-2019 01:40 | Bölmə: Cəmiyyət

                FHN əməkdaşı yanğında xəsarət aldı - VİDEO



Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, 10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. 
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub. 
                             
Yanğın nəticəsində ümumi sahəsi 1025 m² olan mebel sexi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən 18:21-də söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bir əməkdaşı xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib. 


Baxış sayı: 646


Bölməyə aid digər xəbərlər