23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
İfrat “zaqar” dəri xərçəngi yaradır – XƏBƏRDARLIQ
Tarix: 01-08-2019 13:33 | Bölmə: Cəmiyyət
                    

Yay fəsli gələn kimi insanları maraqlandıran əsas mövzulardan biri günəş şüalarının mənfi və müsbət tərəfləri olur. Xüsusilə, dəniz mövsümündə günəş vannası qəbul etmək aktual olduğundan şüaların dəriyə mənfi təsiri daha çox narahatlıq yaradır.
Ümumiyyətlə, günün hansı saatlarında günəş vannası qəbul etmək lazımdır?  Saatlarla qəbul etdiyimiz günəş şüasının dəriyə nə kimi mənfi təsiri var?
 Dermotoloq Həmid Mustafayev Modern.az-a açıqlamasında  deyib ki, səhər saat 11-dək və günorta saat 4-dən sonra günəş vannası qəbul etmək daha yaxşıdır.
“Günəş vannası qəbul etmək üçün günün müəyyən vaxtları nəzərdə tutulub. Günün orta saatlarında düşən ultrabənövşəyi qırmızı şüaların dəriyə təsiri nəticəsində dəridə yanıq və ləkələr əmələ gəlir. Eyni zamanda bu şüalar piqment pozğunluğu yaradaraq dəridə olan xalların bədxassəliyə çevrilərək dəri xərçənginin yaranması üçün qıcıq rolu oynayır. Buna görə də günorta saatlarında günəş vannası qəbul etmək düzgün deyil. Dərisində kəskin ləkə olan xanımlar yaxşı olardı ki, günəşqoruyucu kremlərdən - “SPF”dən istifadə etsinlər”. 


Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər