23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
"Ev satan" direktorun işi yenidən – Məhkəmədə
Tarix: 29-07-2019 12:12 | Bölmə: Cəmiyyət


"Qarabağ" Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə daha bir məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.
İttiham aktına əsasən, Telman Səlimov Leyla Tağıyeva və Şakir Hüseynova qarşı külli miqdarda dələduzluq edib.
Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. Telman Səlimov həmin binada mənzil sataraq dələduzluq edib.
Qeyd edək ki, Telman Səlimov bundan əvvəl ayrı-ayrılıqda iki dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində və bir dəfə Sumqayıt şəhər Məhkəməsində mühakimə olunub.
İttihama görə, Telman Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləyib.
Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub.
Telman Səlimov həmin binada mənzil satmaq adı ilə dələduzluq etmək qərarına gəlib. O, həmin binanda inşaat qaydalarının pozulduğu üçün tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib.
Buna baxmayaraq, həmin binadan sakinlərə ev verib, amma vədinə əməl etməyərək, dələduzluq və vəzifə saxtakarlığı edib.
Bir müddət əvvəl Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Telman Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti təyin olunmaqla 9 il 4 ay 10 gün müddətə həbs cəzası şərti hesab edilib.
Həmin ittihama görə, Telman Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb.
O, Rafiq Bəylərovu aldadaraq yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrini 300 ABŞ dolları olmaqla 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli sxata müqavilə tərtib edib.
Telman Səlimov icraçı qismində sənəd imzlayaraq “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının möhürünü vurub, Rafiq Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq ondan 7231 manat alıb.
Hökmdən zərərçəkmiş Rafiq Bəylərov apelyasiya şikayəti verib. O, hökmün Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş edib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şikayəti təmin edilməyib.
Qeyd edək ki, Telman Səlimov 2008-ci ildə iş adamları - "Şakir“ MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, İlham Hüseynov, Əşrəf Orucov ilə birlikdə mühakimə olunub. Həmin ittihama görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 16 mərtəbəli və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar qəzalı vəziyyətdə olan binaları aldararaq vətəndaşlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş var. İş adamları vətəndaşlara 2 milyon manata yaxın ziyan vurublar.
Məhkəmə həmin məhkumlara 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin etmələri barədə qərar qəbul edib.
Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynov barədə 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmün isə qüvvədə saxlanılması barədə qərar qəbul edib.
Telman Səlimovun barəsində daha bir cinayət işi üzrə istintaq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılıb. Həmin iş üzrə Telman Səlimovla yanaşı müttəhimlər kürsüsündə Məhəmməd Qafarov və Vaqif Əliyev də əyləşib.
Bakı Ağır Cinayətlər Məhkəməsində isə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılan iclasda isə Telman Səlimov 11 il müddətinə azadlıqdan məhrum edilib.


Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər