23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
“Sumqayıt Tələbələri” İctimai Birliyi yeni layihəyə start verdi
Tarix: 18-07-2019 13:04 | Bölmə: Cəmiyyət

17 iyul 2019-cu il tarixində Sumqayıtda Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsinin təqdimatı keçirilmişdir.
“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə layihə iştirakçılarınıvə qonaqları salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumat verdi.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov

çıxışında gənclərin ictimai fəallığının artırılması, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması, gənclərin bu istiqamətdə rolu və tarixi abidələrimizin qorunmasının vacibliyini qeyd etdi.

Layihənin təqdimatında şəhərin ümumi təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, layihə çərçivəsində görüləcək işlər barədə məlumattarixçi, ekspert “Ermənistanın Azərbaycana qarşısilahlı təcavüzü və işğalın ağırnəticələri” kitabının müəllifi Ramil Süleymanov tərəfindən verilmişdir.

Sabaha-inamla.Az




Baxış sayı: 607


Bölməyə aid digər xəbərlər