23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Azərbaycanlı aktyor ölümdən döndü – qaraciyər köçürüldü
Tarix: 10-07-2019 01:19 | Bölmə: Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov


Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra artıq ayılıb və özünü qənaətbəxş hiss edir

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünən Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub.
Sputnik Azərbaycan xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Bir müddət öncə Y. Səlimovun qaraciyərində ciddi pozuntular aşkarlanıb və o, təcili surətdə xəstəxanaya aparılıb.
Aktyorun müraciətindən dərhal sonra əməliyyat və müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülüb. Yaxınlarının verdiyi məlumata görə, Yalçın Səlimov 8 saat davam edən əməliyyatdan sonra ayılıb və özünü qənaətbəxş hiss edir. O, bu işdə ona yardımçı olmuş hər bir şəxsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.
Sputnik.az







Baxış sayı: 617


Bölməyə aid digər xəbərlər