22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Cüdo üzrə Sumqayıt birinciliyinə yekun vuruldu
Tarix: 08-07-2019 17:36 | Bölmə: Cəmiyyət

06-07 iyul 2019-cu il tarixlərində Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 1997-2004-cü il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə şəhər birinciliyi keçrilmişdir. Yarışda 100-dən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Əliş Yusifov (60 kq), Məhəmməd Rüstəmli (66 kq), Rəşad Cəfərzadə (73 kq), Ruslan Səfixanov (81 kq), Ayxan Qeysərli (90 kq), Atababa Niftəliyev (100 kq) və Toğrul Salmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qızlar arasında isə Gülşən Kərimova (48 kq), Şahnaz Əsgərova (52 kq), Şirin Məmmədova (57 kq), Xədicə Rəşidova (63 kq), Mehriban İmanzadə (78 kq) və Elnarə Rəşidova (+78 kq) birinci olmuşlar.
Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələr ilə təltif olunmuşlar.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az







Baxış sayı: 956


Bölməyə aid digər xəbərlər