Bütün xəbərlər
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə və təşkilatın fəal uzvləri Azərbaycanın xalq artisti Canəli Əkbərovla görüşüblər
Tarix: 01-07-2019 02:19 | Bölmə: Cəmiyyət


Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə və təşkilatın fəal uzvləri Kamran Orucov, Etibar Əliyev Azərbaycanın xalq artisti,"Şərəf" və "Şöhrət" ordenli,görkəmlı xanəndə Canəli Əkbərovla Mərkəzi Klinik xəstəxanada görüşüblər. Görüş zamanı çıxış edənlər Azərbaycan muğam sənətinin inkişafinda böyük xidmətləri olan Canəli Əkbərovun şərəfli sənət yolundan danışıblar. Tofiq Əlizadə söhbət zamanı Canəli Əkbərovun doğulduğu şəhərdə- Lənkəranda muğam akademiyasının yaradilmasi təklifini irəli sürdü.
                                 
Daha sonra cıxış edən xalq artisti Teymur Mustafayev Canəli Əkbərovla birlikdə 50 il muğam ifaciliq səntini yük olaraq çiyinlərində dasımalarından danışıb.
Sonda çıxış edən Kamran Orucov və Etibar Əliyev korifey sənətkarımıza tezliklə sağalmasını, muğamsevərlər qarşısinda cıxışını arzulayıblar.
Kamran Orucov
Sabaha-inamla.Az
Fotolar Etibar Əliyevindir








Baxış sayı: 1 734


Bölməyə aid digər xəbərlər