Bütün xəbərlər
Sumqayıtda“Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” adlı görüş keçirildi
Tarix: 25-06-2019 15:30 | Bölmə: Cəmiyyət

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 25 iyun 2019-cu il tarixində Gənclər Evində “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” ilə əlaqədar “Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” devizi altında maarifləndirici xarakterli görüş keçirilmişdir.
Görüşdə Sumqayıt Rayonlararası Narkoloji Dispanserin, Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, müxtəlif sahələri təmsiledən gənclər,orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak emişlər.
İlk öncə iştirakçılar Baş İdarənin təqdim etdiyi “Ampula” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləmişlər.
Görüşdə çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün HümbətovRespublikamızda narkomaniya və narkobizneslə mübarizənin ən üst səviyyədə aparıldığını, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd etmişdir. Bildirildi ki, Sumqayıt şəhərində də narkomaniya əlehinə mütəmadi olaraq tədbirlər keçirilir, yeniyetmə və gənclərə narkomanların acı taleyi, narkomaniyanın fəsadları və nəticələri, ondan qorunmağın yolları barədə məlumatlar verilir.
Digər çıxış edənlər Gənclər Evinin direktoru Pəri Vəliyeva, Narkoloji Dispanserin həkimi Ramil Qarayev, Qızıl Aypara Cəmiyyətinin şəhər Bölməsinin gənclərlə iş üzrə təlimatçısı Lalə Cəlilzadə narkomaniyanın fiziki, sosial və maddi təsirləri barədə danışaraqgənclərə bu dəhşətli bəla ilə mübarizədə aktiv olmağı tövsiyə etdilər.
Sonda mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılmış, sualları cavablandırılmış və Baş İdarənin hazırladığı maarifləndirici xarakterli bukletlər iştirakçılara paylanılmışdır.
Sabaha-inamla.Az






Baxış sayı: 632


Bölməyə aid digər xəbərlər