10:49 / 23-04-2024
Buryatiyada yanğın zamanı şkafda gizlənən 3 uşaq ölüb
10:42 / 23-04-2024
İnzaqi: "İnter" Skudettonu xatırlayacaq, çünki biz onu derbidə qazandıq"
10:37 / 23-04-2024
Valentina Matvienko: "Rusiya aktivlərinin müsadirəsi dünya iqtisadiyyatını məhv edəcək"
00:34 / 23-04-2024
Sumqayıtda şəhid Vüsal Allahyarovun mövludu olub-VİDEO+FOTOLAR
23:55 / 22-04-2024
Bayden Zelenski ilə yeni müdafiə yardım paketləri haqqında danışıb
23:50 / 22-04-2024
Moldova siyasətçilərinin Moskvada keçirilən qurultayının iştirakçıları Kişinyovda saxlanılıb
22:32 / 22-04-2024
Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri saxlanılma hadisəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
22:25 / 22-04-2024
Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnıya müqavilə imzalayıb
16:54 / 22-04-2024
Meta mətbuat katibi qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib
16:48 / 22-04-2024
Qəzzada həkimlər anasının ölümündən sonra dünyaya gələn qızın həyatı üçün mübarizə aparırlar
16:44 / 22-04-2024
De Yonq "Real Madrid"lə oyunda zədələnib və Avro-2024-ü buraxa bilər
16:39 / 22-04-2024
Günahını boynuna almayan moskvalı baykerin qatili həbs edilib
16:30 / 22-04-2024
Mişustin: "Rusiya və Belarus vahid effektiv hava xidməti qurdular"
16:24 / 22-04-2024
Ukrayna sərhədçisi sərhəddə keşik çəkərkən Moldovaya qaçıb
14:52 / 22-04-2024
Nazirlər Kabineti Aİİ ölkələri ilə İran arasında azad ticarət zonası haqqında sazişi təsdiqləyib
14:46 / 22-04-2024
"Mundo Deportivo": Xavi 2025-ci ilə qədər "Barselona"da qalacaq
14:00 / 22-04-2024
Mahaçev: "Puaryeni yerə yıxıb boğacağam"
13:55 / 22-04-2024
Rusiyanın gənclər komandasının voleybolçusu Mixailina 21 yaşında vəfat edib
13:49 / 22-04-2024
İsrail ordusunun baş kəşfiyyatçısı istefa verib
09:46 / 22-04-2024
15 yaşlı yeniyetmə bir neçə bıçaq zərbəsi alıb
08:56 / 22-04-2024
Birinci Qarabağ Müharibəsinin şəhidlərinin anım günü keçirilib-VİDEO+FOTOLAR
08:28 / 22-04-2024
"Real Madrid" "El Klasiko"da "Barselona"dan qələbə qazanıb
08:23 / 22-04-2024
ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirilib
08:19 / 22-04-2024
Hizbullah Livan səmasında İsrailə məxsus "Hermes 450" təyyarəsini vurub
08:15 / 22-04-2024
Namizədlər Turniri: Hindistanlı Qukeş qalib gəldi
08:09 / 22-04-2024
Ussuriysk məhkəməsi uşaq meydançasına atəş açan şəxsi həbs edib
01:06 / 22-04-2024
Bakıda küçə musiqiçilərinə dəstək üçün konsert keçirildi
23:45 / 21-04-2024
Həmkəndlilər arasında mübahisə qətllə nəticələnib
23:41 / 21-04-2024
Şor və Hutsul Moldova prezidentliyinə namizəd olmayacaqlar
23:36 / 21-04-2024
14 yaşlı iki qız hamamda dəm qazından zəhərlənərək ölüb
23:31 / 21-04-2024
Panda Katyuşa artıq 22 kiloqramdır
23:27 / 21-04-2024
ABŞ gələn həftə kimi ATACMS-i Ukraynaya köçürə bilər
23:21 / 21-04-2024
Həştərxandakı bazarda yanğının yayılmasının qarşısını almaq mümkün olub
23:18 / 21-04-2024
"Feyenoord" futbolçuları Hollandiya kubokunun qalibi olub
23:12 / 21-04-2024
Şimal Hərbi Dairəsi zonasında 1300-dən çox hərbi kapellana ehtiyac var
23:06 / 21-04-2024
Ukrayna prezidentinin ofisi hesab edir ki, İlon Maskda məntiq yoxdur
23:01 / 21-04-2024
Sankt-Peterburqda qızın sinif yoldaşları tərəfindən döyülməsindən sonra araşdırma aparılır
22:55 / 21-04-2024
Moskva vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrini hədəfə alan hərbi radiostansiya tapılıb
22:40 / 21-04-2024
Litvada NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər başlayıb
Qaçaq Nəbinin Sumqayıtda yaşayan kötücəsi Həcər danışır: "Bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var..."
Tarix: 04-06-2019 09:19 | Bölmə: Cəmiyyət
Qaçaq Nəbinin kötücəsi Həcər Əkbərova ulu babası və nənəsi haqqında həqiqətləri gələcək nəsillərə çatdırmaq istəyir
“Əsl xalq qəhrəmanları olan ulu babam və nənəm – Qaçaq Nəbi və Həcər haqqında uzun müddətdir ki, araşdırmalar aparır, onlar barədə yayılan şayiələrə son qoymaq istəyirəm”. Bu sözləri Qaçaq Nəbi və Həcərin kötücəsi – hazırda Sumqayıtda yaşayan Həcər Əkbərova deyib. O, Sumqayıt Musiqi Kollecini bitirib, orta məktəbdə müəllim işləyir.
Həcər araşdırmalarına təhsil illərində başlayıb və mühüm məlumatlar əldə edib. Özü də iddia edir ki, bu məlumatlar sənəd və dəlillərə əsaslanır: “Oxucular üçün aydın olsun deyə hər şeyi başdan izah edəcəyəm. Xalq qəhrəmanlarımız olan Qaçaq Nəbi və Həcərin üç övladı olub. Oğulları – Əhməd, Xəlil və kiçik qız övladı olan Zeynəb. Nəbi və Həcər xalqının, millətinin rifahı üçün, əsasən, Zəngəzur mahalında, Naxçıvanda və Qarabağda mübarizə aparıblar. Qaçaq Nəbi sui-qəsd nəticəsində öldürülüb. Bildirilir ki, həmin dövrdə oğlanlarının təxminən 13-15 yaşı olub. Nəbi öldürüldükdən sonra qohumları Əhməd və Xəlili Türkiyəyə göndəriblər. Əhmədin nəslinin davamçıları da elə Qarsda dünyaya gəlib. Nəvəsi Mehmet bəy hazırda Avstraliyanın Melburn şəhərində yaşayır. Ailəlikcə münasibətlərimiz var və daimi əlaqə saxlayırıq. Bu məlumatları Mehmet bəy də təsdiq edir”.
Həcər xanım deyir ki, Qaçaq Nəbinin qızı Zeynəb atasının ölümündən sonra anası Həcərlə birgə qohumları tərəfindən Zəngəzur dağlarından Aşağı Mollu kəndinə gətirilib: “Dul qalmış Həcər qızını qorumaq üçün qohumlarının təkidi ilə öz qohumu olan, arvadı vəfat etmiş Həmzə adlı kişi ilə ailə qurur. Lakin bu izdivacdan övladı olmur. Hazırda Gədəbəy rayon Arıqıran kəndində yaşayan Zərniyar nənə də bunu təsdiq edir. Onun xalası Güllər xanım Nəbinin əmisi oğlunun arvadı olub”.
Xalq qəhrəmanlarının qızı Zeynəb Əliabbas adlı gənclə evlənib, 1923-cü ildə onların Əliş adlı oğlu dünyaya gəlib. Həcər Əkbərova da məhz Əlişin nəvəsidir. Onun sözlərinə görə, ailədə qəhrəmanlıq, döyüşkənlik nəsildən-nəsilə irsən keçir. Atası İlqar babasının yolu ilə gedərək işğalçı ermənilərə qarşı vuruşub, özünü qorxmaz, comərd bir igid kimi göstərib. Füzuli uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Hazırda müharibə veteranıdır.
Həcər xanım ulu nənəsi barədə uydurulan bir məsələyə də münasibət bildirib: “Qaçaq Nəbi və Həcər istismarçı imperializmə, çar rejiminə, erməni-rus şovinizminə, qarşı döyüşüblər. Həcər nənəmin guya sonradan erməniyə ərə getməsi barədə uydurma isə iyrənc böhtandır. Ortada olan fakt budur ki, Azərbaycan xalqı qəhrəmanı Nəbi və Həcərə böyük sevgi göstərir. 130 ildən çoxdur vətənimizin cənubunda, şimalında, Kərkükdə, Anadoluda ən çox sevilən, oxunan, dinlənilən məşhur xalq mahnılarından bir çoxunda Qaçaq Nəbi ilə Həcər vəsf edilir. Qaçaq Nəbinin ömür tarixçəsindən görünür ki, bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var.
Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Qaçaq Nəbi və Həcər xanımın xalqımızın ən çox sevilən qəhrəmanları olduğunu bildirib.
M.Ə.Rəsulzadə “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsində yazır: “Azərbaycan qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlib. XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Qarabağda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi əsas düşmənləri rus çar rejimi, ermənilər, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Dastanlarda “Nəbi urusları bura qoymadı” – misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də xalqın qəlbində yaşayır”.
Araşdırmalarını davam edən Həcər Əkbərova maraqlı bir faktı qeyd edib: “Qaçaq Nəbi haqqında “Atları yəhərləyin” filmində, o vaxtkı ideologiyaya uyğun olaraq, Həcərin övladının olduğu, lakin öldüyü bildirilib. Film televiziyada nümayiş olunduqdan sonra ssenari müəllifi, xalq şairi Süleyman Rüstəm babam Əliş kişi ilə görüşüb, üzr istəyib”. Həcər Əkbərova filmin rejissoru Əbdül Mahmudovla həmsöhbət olub. Əbdül müəllim ona deyib ki, təzyiqlərə görə filmdə bəzi səhnələr, epizodlar məcburi şəkildə kəsilib. Tanınmış rejissor həmçinin qeyd edib ki, “Babək” filmini çəkərkən dünyaya gələn oğluna Babək, “Atları yəhərləyin” filmini çəkərkən anadan olan qızına isə Həcər adlarını qoyub.
Həcər Əkbərovanın dediyinə görə Türkiyənin Qars Universitetində ulu babasına və nənəsinə aid önəmli bir sənəd saxlanılır. Həmin sənəddə Qaçaq Nəbi və Həcərin oğlanları Əhməd və Xəlil Türkiyə sərhədinə keçən zaman sənəddə atası Nəbi, anası Həcər olaraq göstərilir. “Bu işdə tək məqsədim gələcək nəsillərə saxta tarix yox, həqiqətləri əks etdirən tarix təqdim etməkdir. Arzum, ensiklopediya şəklində həqiqətləri əks etdirən, faktlara əsaslanan, sənəd və dəlilləri olan kitabımın çıxmasıdır. Bu istiqamətdə də işlərimi davam etdirirəm”, – deyə H.Əkbərova bildirib.
sumqayitxeber.com
Baxış sayı: 1 756
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:49
Buryatiyada yanğın zamanı şkafda gizlənən 3 uşaq ölüb
Dünən, 09:46
15 yaşlı yeniyetmə bir neçə bıçaq zərbəsi alıb
21-04-2024, 23:45
Həmkəndlilər arasında mübahisə qətllə nəticələnib
21-04-2024, 23:36
14 yaşlı iki qız hamamda dəm qazından zəhərlənərək ölüb
21-04-2024, 23:01
Sankt-Peterburqda qızın sinif yoldaşları tərəfindən döyülməsindən sonra araşdırma aparılır
21-04-2024, 17:39
Ağacın aşması nəticəsində üç yaşlı qız ağır xəsarət alıb
20-04-2024, 16:12
Qadın yol polisi müfəttişini avtomobilini yedəklədiyi üçün döyüb
20-04-2024, 12:16
Mağaza sahibini şahidlərin gözü qarşısında güllələyib
19-04-2024, 09:32
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
19-04-2024, 08:04
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
19-04-2024, 07:49
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
19-04-2024, 07:40
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
18-04-2024, 14:57
Müstəntiqlər iradına görə moskvalını öldürən miqrantın şəxsiyyətini müəyyən ediblər
18-04-2024, 14:37
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 8 nəfər yaralanıb
17-04-2024, 22:47
Məktəblini vuran müəllimə qarşı cinayət işi açılıb
17-04-2024, 11:22
Baykal gölündə hava gəmisinin batması nəticəsində iki nəfər ölüb
17-04-2024, 10:46
Omskda naməlum şəxs bank filialında partlayış törədib
16-04-2024, 23:38
Moskvada başqa bir özəl klinikada daha iki xəstə dünyasını dəyişib
15-04-2024, 23:06
Uşaq meydançasında yeniyetməni döyən şəxs saxlanılıb
15-04-2024, 21:49
Qəyyumunu öldürməkdə şübhəli bilinir.
15-04-2024, 20:53
Dmitri Portnyagin ev dustaqlığına buraxılıb
15-04-2024, 16:37
Keçmiş baş prokuror Valentin Stepankovun oğlu Moskvada ölü tapılıb
15-04-2024, 16:07
Adəmin atasına 30 sutka həbs verildi
15-04-2024, 16:01
Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
14-04-2024, 18:12
Yoldan keçənlərin üstünə "kislata" tökən şəxs həbs edilib
14-04-2024, 15:05
Moskvada taksi sərnişini külli miqdarda mefedronla yaxalanıb
13-04-2024, 21:26
Vladimirdə vilayət hökumətinin binası yaxınlığında bir nəfər “Molotov kokteyli” atıb
12-04-2024, 21:48
“Kislo manyak”ın qadınlara hücumundan sonra xuliqanlıq işi açılıb
12-04-2024, 10:44
5-ci sinif şagirdi beton blokun altında qalaraq ölüb
12-04-2024, 10:21
Sevgilisinin meyiti arabada olan kişi saxlanılıb
12-04-2024, 10:15
Fərdi evdə baş verən yanğın bir uşağın həyatına son qoyub
9-04-2024, 20:31
Sərxoş kişi rəqibinin ağzına köpük töküb
9-04-2024, 16:09
Litvada Rusiya səfirliyinə hücumda şübhəli bilinən şəxs saxlanılıb
9-04-2024, 14:06
Moskvanın mərkəzindəki ofisdə başı sınmış kişi meyiti tapılıb
8-04-2024, 15:49
Yeni Moskva sakini “Krokus” terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidəni yandırdığına görə saxlanılıb
7-04-2024, 21:32
Rostov yaxınlığında iki nəfəri vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
7-04-2024, 21:26
S.K.: Moskva vilayətində polis əməkdaşları yaralanıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri dünyasını dəyişib
7-04-2024, 13:14
Dördüncü mərtəbədən az qala yıxılan qonşunun uşağını kişi xilas edib
7-04-2024, 13:09
Sürücü buzun arasından düşən ekskavatorun kabinəsində ölüb
7-04-2024, 12:44
Moskva vilayətində stansiyalardan birində sınıq və elektrik cərəyanı əlamətləri olan qız tapılıb
6-04-2024, 22:32
Kiyevdə bıçaqlı şəxs hərbi komissarlığın əməkdaşlarına hücum edib
6-04-2024, 15:42
Andrey Çibisə hücumda şübhəli bilinən şəxs xəstəxanada həbs edilib