Bütün xəbərlər
Həyat yoldaşını 5-ci mərtəbədən atıb öldürən art-direktorun məhkəməsi başlayıb
Tarix: 03-06-2019 18:35 | Bölmə: Cəmiyyət

                                       

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirlib.
“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyunun 7-ə təyin edilib.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.
İstintaq orqanı tərəfindən R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.
Ramiz Taxveli “Buta Palace”ın art-direktoru vəzifəsində işləyib. Qətlə yetirilən Taxveli Adelya isə "Atəşgah Sığorta" şirkətində baş mütəxəssis vəzifəsində çalışıb.


Baxış sayı: 555


Bölməyə aid digər xəbərlər