Bütün xəbərlər
Deputat rus dilinin tədrisinə ayrılan vəsaitin dayandırılmasını təklif edib
Tarix: 31-05-2019 13:42 | Bölmə: Cəmiyyət

                                      

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa rus dilinin tədrisinə ayrılan vəsaitin dayandırılmasını təklif edib.
“Report”un xəbərinə görə, deputat xatırladıb ki, hər il dövlət büdcəsindən rus dilinin tədrisinə 100 milyon manata yaxın vəsait ayrılır.
Onun sözlərinə görə, ölkədə ingilis və türk məktəbləri var, bunlar özəldir: “Rus dili tədrisini də özəl sektora buraxmaq lazımdır. Biz niyə hansısa xarici ölkənin dilini öz büdcəmizdən vəsait ayırmaqla həll etməliyik? Mən rus dilində tədrisin tərəfdarıyam, amma bunu büdcə hesabına etmək yanlışdır”.


Baxış sayı: 646


Bölməyə aid digər xəbərlər