Bütün xəbərlər
Azərbaycanlı aktrisa süni mayalanma ilə ana olmaq istəyir
Tarix: 23-05-2019 11:25 | Bölmə: Cəmiyyət
                        Azərbaycanlı aktrisa süni mayalanma ilə ana olmaq istəyir


Aktrisa Fidan Axundova "Bizimləsən" verilişində qonaq olub.Axşam.az-ın məlumatına görə, uzun illərdir ana ola bilməyən aktrisa bu haqda danışarkən, göz yaşlarını saxlaya bilməyib. Aparıcı Zaur Baxşəliyev ona süni mayalanma ilə ana olmağı məsləhət görüb.
"Düşünürəm ki, Aydanın (bacısı, aktrisa Aydan Axundova - red.) olsun, mən baxaram. Artıq gecdir, yaş keçib. Mənim çəkdiyim yükü bilirsiniz. Bundan sonra o, qayğını yenidən çəkmək ağır gəlir. Övlad gözəl nemətdir. Aydandan bəllidir ki, necə məsuliyyətliyəm. Qorxuram ki, birdən ömrüm çatmaz.
Bir vaxtlar çox istəyirdim, arxasınca getdim. Amma gördüm ki, alınmadı, mən də geri çəkildim. 40 yaşımdan sonra isə gördüm istəmirəm. Amma hiss edirəm ki, getsəm, olacaq" deyərək, Fidan ağlayıb.
Aktrisa daha sonra aparıcının təklifi ilə razılaşaraq, həkimə gedib, süni mayalanma etdirəcəyini deyib. 


Baxış sayı: 715


Bölməyə aid digər xəbərlər