Bütün xəbərlər
Siyəzəndə qəbiristanlıqda həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 22-05-2019 10:23 | Bölmə: Cəmiyyət

                                


Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.
Atışma nəticəsində A.Əbdülov Elşən Qədirlini güllələnərək öldürüb.
Məlumata görə, qətlin səbəbi öldürülən şəxsin - E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.


Baxış sayı: 457


Bölməyə aid digər xəbərlər