23:47 / 19-04-2024
“İzvestiya”nın hərbi müxbiri Semyon Eremin Şimal Hərbi Dairə zonasında ölüb
23:25 / 19-04-2024
Uspenskayanın direktoru müğənninin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib
23:18 / 19-04-2024
Üç İsrail raketi İraq ərazisinə düşüb
23:11 / 19-04-2024
"Monako"nun baş məşqçisi Hütter: "Qolovin əsas oyunçudur"
23:05 / 19-04-2024
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
22:58 / 19-04-2024
Finlandiyanın Baş naziri və AK rəhbəri rusdilli sakinlərlə ünsiyyətə vaxt tapmadı
22:50 / 19-04-2024
"Üç balina" ticarət kompleksinin təsisçisi Sergey Zuev vəfat edib
22:38 / 19-04-2024
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
22:30 / 19-04-2024
UEFA "Aston Villa"nın qapıçısı Martinesi Konfrans Liqasından kənarlaşdırıb
22:23 / 19-04-2024
Rusiya hökuməti dost olmayan ölkələrdən gələn pivə üçün gömrük rüsumlarını artırıb
22:01 / 19-04-2024
Fövqəladə Hallar Nazirliyi moskvalılara güclü küləklə bağlı xəbərdarlıq edib
21:54 / 19-04-2024
ABC: İsrail İrandakı nüvə obyekti yaxınlığında hava hücumundan müdafiə radarını vurdu
12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb

15:54 / 18-04-2024
SEPAH: İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və zərbə vurmağa hazırdır
15:42 / 18-04-2024
40-dan çox it aclıqdan və soyuqdan ölüb
15:36 / 18-04-2024
Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb
15:29 / 18-04-2024
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
15:24 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının idman zalına pilotsuz təyyarə ilə yenidən hücum edib
Müavini Cahangir Hacıyevi ittiham etdi: Qaytarılmayan böyük kreditlərə görə o günahkardır
Tarix: 07-05-2019 17:00 | Bölmə: Cəmiyyət
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vaxtilə Cahangir Hacıyevin müavini olmuş Emin Mustafayev sabiq rəhbərini ittiham edib:
"Ona demişdim ki, bunlar risklidir. Qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə Cahangir Hacıyev günahkardır. Bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edirdi. Birinci günlər komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan - baş ofisdən vəsait Moskvaya göndərilirdi, orda da şirkətlərə ödənilirdi. Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin. Bir çox böyük kreditlərin ayrılması üçün Kredit Komitəsinin razılığı olub, bu haqda qərarlar var. Komitəyə də mən rəhbərlik etmişəm.
E.Mustafayev deyib ki, o qərarlar da C.Hacıyevin göstərişilə verilib: "Bu gün məhkəmədə araşdırma aparılan şirkətlərə kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın".
E.Mustafayev cinayət işində bəhs olunan "Cargill əməliyyatları" barədə də danışıb. Bildirib ki, "Cargill" Amerika şirkətidir, bir sıra başqa sahələrlə yanaşı, maliyyə kreditləşməsi ilə də məşğul olur:
"Bu şirkətlə əməkdaşlıqda sənəddə göstərilir ki, mal dövriyyəsi var, nəsə alınıb, amma əslində, heç nə olmur. Sadəcə, maliyyə verir. O vəsaitləri də Beynəlxalq Bank ödəyirdi. Riskli idi. Biz bu riskləri deyəndə Cahangir Hacıyev irad bildirirdi ki, bunu qadağan edən norma yoxdur. Vəsaitlər də xaricə gedir, qayıtmırdı. Cahangir Hacıyevə problemi deyəndə cavab verirdi ki, Dünyamin Xəlilovla danışın. O da deyirdi ki, Bakıda tikinti layihələri var, başa çatsın, ödəyəcək".
Şahid deyib ki, bankın Müşahidə Şurası 2009-cu ildə verdiyi bir qərara görə, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalıydı. Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib.
Vəkillər E.Mustafayevə məhkəmədə dindirilən şahidlərin ifadəsi haqda məlumat veriblər. Şahidlər deyib ki, bank əməliyyatları barədə sistemdəki məlumatlara Müşahidə Şurası üzvlərinin sərbəst çıxışı vardı. Onlar istədikləri məsələ ilə bağlı mövqelərini ortaya qoya bilərdilər. Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavinidir. Vəkillər E.Mustafayevdən soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib?
E.Mustafayev deyib ki, birbaşa İdarə Heyətinin sədrinə tabe olduğuna görə onun göstərişlərindən kənara çıxa bilməyib: "Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanlarına məlumat verdim".
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
Baxış sayı: 468
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:32
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
Bu gün, 08:04
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
Bu gün, 07:49
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
Bu gün, 07:40
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
17-04-2024, 22:47
Məktəblini vuran müəllimə qarşı cinayət işi açılıb
17-04-2024, 11:22
Baykal gölündə hava gəmisinin batması nəticəsində iki nəfər ölüb
17-04-2024, 10:46
Omskda naməlum şəxs bank filialında partlayış törədib
16-04-2024, 23:38
Moskvada başqa bir özəl klinikada daha iki xəstə dünyasını dəyişib
15-04-2024, 23:06
Uşaq meydançasında yeniyetməni döyən şəxs saxlanılıb
15-04-2024, 21:49
Qəyyumunu öldürməkdə şübhəli bilinir.
15-04-2024, 20:53
Dmitri Portnyagin ev dustaqlığına buraxılıb
15-04-2024, 16:37
Keçmiş baş prokuror Valentin Stepankovun oğlu Moskvada ölü tapılıb
15-04-2024, 16:07
Adəmin atasına 30 sutka həbs verildi
15-04-2024, 16:01
Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
14-04-2024, 18:12
Yoldan keçənlərin üstünə "kislata" tökən şəxs həbs edilib
14-04-2024, 15:05
Moskvada taksi sərnişini külli miqdarda mefedronla yaxalanıb
13-04-2024, 21:26
Vladimirdə vilayət hökumətinin binası yaxınlığında bir nəfər “Molotov kokteyli” atıb
12-04-2024, 21:48
“Kislo manyak”ın qadınlara hücumundan sonra xuliqanlıq işi açılıb
12-04-2024, 10:44
5-ci sinif şagirdi beton blokun altında qalaraq ölüb
12-04-2024, 10:21
Sevgilisinin meyiti arabada olan kişi saxlanılıb
12-04-2024, 10:15
Fərdi evdə baş verən yanğın bir uşağın həyatına son qoyub
9-04-2024, 20:31
Sərxoş kişi rəqibinin ağzına köpük töküb
9-04-2024, 16:09
Litvada Rusiya səfirliyinə hücumda şübhəli bilinən şəxs saxlanılıb
9-04-2024, 14:06
Moskvanın mərkəzindəki ofisdə başı sınmış kişi meyiti tapılıb
8-04-2024, 15:49
Yeni Moskva sakini “Krokus” terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidəni yandırdığına görə saxlanılıb
7-04-2024, 21:32
Rostov yaxınlığında iki nəfəri vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
7-04-2024, 21:26
S.K.: Moskva vilayətində polis əməkdaşları yaralanıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri dünyasını dəyişib
7-04-2024, 13:14
Dördüncü mərtəbədən az qala yıxılan qonşunun uşağını kişi xilas edib
7-04-2024, 13:09
Sürücü buzun arasından düşən ekskavatorun kabinəsində ölüb
7-04-2024, 12:44
Moskva vilayətində stansiyalardan birində sınıq və elektrik cərəyanı əlamətləri olan qız tapılıb
6-04-2024, 22:32
Kiyevdə bıçaqlı şəxs hərbi komissarlığın əməkdaşlarına hücum edib
6-04-2024, 15:42
Andrey Çibisə hücumda şübhəli bilinən şəxs xəstəxanada həbs edilib
5-04-2024, 14:56
Qızlar keçiddə onlara hücum edən pedofili tanıyıblar
5-04-2024, 13:59
Krasnoyarsk sakini partnyorunu öldürərək cəsədini zibilliyə atıb
5-04-2024, 12:48
Yekaterinburqda ticarət mərkəzində baş verən yanğınla əlaqədar 2 min insan təxliyə edilib
3-04-2024, 20:51
"Azov" Milli Batalyonunun zabiti qiyabi olaraq ciddi rejimli koloniyada 28 il cəza alıb
3-04-2024, 15:41
İki yeniyetmə kişini öldürməkdə şübhəli bilinir
3-04-2024, 13:33
Məhkum pedofillərə uşaqlar üçün yerləri ziyarət etmək qadağan edildi
2-04-2024, 13:15
Yeniyetmələr iradlarına görə avtobus sərnişinini döyüblər
2-04-2024, 11:56
Ölümlə nəticələnən qəza nəticəsində 4 gənc idmançı xəsarət alıb