Bütün xəbərlər
İnsan alverinə görə həbs edilən Təranə Səmədova azadlığa buraxıldı
Tarix: 07-05-2019 00:10 | Bölmə: Cəmiyyət

                


Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə insan alverində təqsirləndirilərək həbs edilən prodüser Təranə Səmədova barəsində çıxarılan qərardan verilən kassasiya şikayətinə baxılıb.
T.Səmədovanın vəkili Janna Bağırova Trend-ə bildirib ki, prosesdə şikayət araşdırılaraq qərar elan edilib.
Məhkəmənin qərarı ilə T.Səmədovanın cəzası azaldılıb və azadlığa buraxılıb.
Xatırladaq ki, İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilmişdi. İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Baxış sayı: 547


Bölməyə aid digər xəbərlər