Bütün xəbərlər
Təranə Nazəninə 4 min pul ödəyəcək - Məhkəmə qərarı bilindi
Tarix: 03-05-2019 19:23 | Bölmə: Cəmiyyət
Təranə Nazəninə 4 min pul ödəyəcək - Məhkəmə qərarı bilindi


Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi başa çatıb. 
Axşam.az-ın məlumatına görə, Təranə "Hər şey daxil" verilişində məhkəmənin qərarından danışıb. O bildirib ki, Nazəninə pul cəriməsi ödəyəcək:
"Deyirlər ki, mən şikayət etmişəm. Heç bir məhkəməyə şikayət ərizəsi verməmişəm. Bütün şikayətləri qarşı tərəf edib. Nərimanov məhkəməsində qərar çıxdı. Mən üzr istəmədiyim üçün cərimə olaraq onlara 4 min pul ödəyəcəm. Qarşı tərəf qərarla razılaşmadı və Apelyasiya Məhkəməsinə müraciət etdi. Orda da qərar qüvvədə saxlanıldı. Sonra verdilər Ali Məhkəməyə. Yenə də qərar qüvvədə qaldı. Qərar icraya göndərildikdən sonra gedib 4 min manatımı ödəyəcəm".
Qeyd edək ki, Təranə ilə Nazənin arasında qalmaqal ANS kanalında Rövşanə Ağasəfqızının proqramında yaşanmışdı. Tərəflər bir-birinin ünvanına təhqirlər səsləndirmişdi.


Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər