Bütün xəbərlər
Xaçmazda ərini qətlə yetirən qadına 11 il cəza verildi
Tarix: 03-05-2019 18:04 | Bölmə: Cəmiyyət



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Mirzəyeva 11 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.
V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. M.Osmanov hadisə yerində ölüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər