Bütün xəbərlər
Eldar Mahmudovu məhkəməyə verən şəxsin hökmündən protest verilib
Tarix: 27-04-2019 19:18 | Bölmə: Cəmiyyət

                                        


Prokurorluq qanunsuz silah saxlamada təqsirli bilinən və daha sonra bəraət alan Mətləb Mustafayevin barəsindəi hökmdən kassasiya protesti verib.
"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən dövlət ittihamçısı apellyasiya instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyir.
Kassasiya protesti hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək "Azərsu" ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. Bundan sonra Bakı Apelyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 ilazadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, M.Mustafayev ötən il sabiq milli təhlükəsizlik naziri (MTN), general-polkovnik Eldar Mahmudovu mülki qaydada məhkəməyə verib. O, iddiasında sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və E.Mahmudovdan 137 min manat maddi və mənəvi zərərin ödənilməsini istəyib. Nəsimi Rayon Məhkəməsi şikayəti baxılmamış saxlayıb.


Baxış sayı: 502


Bölməyə aid digər xəbərlər