Bütün xəbərlər
Bakıda keçmiş arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 23-04-2019 15:43 | Bölmə: Cəmiyyət

                                       


Bakıda qətl törətməkdə təqsirləndirilən Xosrov Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı X.Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Ə.Məmmədovanı bıçaqlayıb. Yaralı qadın elə hadisə yerindəcə ölüb.
X.Məmmədov ilkin ifadəsində o, cinayəti qısqanclıq zəmnində törətdiyini deyib.


Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər