Bütün xəbərlər
Azərbaycanda məhkəmə hakimi tərəfləri "Barışıq skamyası"nda oturdaraq barışdırıb
Tarix: 22-04-2019 15:31 | Bölmə: Cəmiyyət

                                  

Azərbaycan məhkəməsində "Barışıq skamyası"nda tərəflər barışıb.
"Report"un xəbərinə görə, bu hadisə bu gün Bakı Apellyasiya Məhkəməsində baş verib.
Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub. Hər iki tərəf skamyada oturduqdan sonra barışıq sazişinin bağlanması ilə nəticələnib.
Məhkəmənin qərarı ilə icraata xitam verilib.
Qeyd edək ki, 10 iyun 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan "Barışıq Skamyası" qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır.












Baxış sayı: 610


Bölməyə aid digər xəbərlər