Bütün xəbərlər
Əflatun Amaşov sizi bağışlasa da, Allah bağışlamaz
Tarix: 05-12-2018 18:53 | Bölmə: Cəmiyyət

    Bu gün Əflatun Amaşovun İrəvanda beynəlxalq tədbirdə iştirak etməsi bir çoxlarının xoşuna gəlmədi. Gözlərinə iynə kimi batdı. Bəzi mətbuat orqanları bundan şou düzəltməyə başladılar. Əflatun müəllimə hər cürə şər, böhtan atmağa başladılar. Hətta onu təhqir edənlər də tapıldı. Əvvəlcə qaqrşsında tərsinə qoyulmuş Azərbaycan bayrağını düzəltməməsini ona irad tutdular. Bu heç inandırıcı və məntiqli deyil. Lap uşaq da olsa əgər bayraq tərsinə qoyulubsa onu düzəldər. Sonra dedilər ki, İrəvandakı göy məsciddə olub. Məscid Allahın evidir. Elə mən də onun yerinə olsam o məscidə gedərdim. Yaxşı ki, hansısa teatra, ticarət mərkəzinə getməyib. Gör onda nə oyunlar çıxararadınız. nələr deyərdiniz. Əflatun müəllim məsciddə namaz qılıb, dualar edib. Bundan yaxşı nə ola bilər? Siz bunu etdinizmi? Belə bir misal var: "pişiyin əli ətə çatmayanda deyir iy verir". Torpaqlarımızın geri qaytarılması üçün dualar edən bir insanın ünvanına hər cürə şər-böhtan, təhriqlər yağdırmaq nə dərəcədə düzgündür? Bu sizlərin kim olduğunu. iç üzünüzü göstərir. O, dövlət tərəfindən verilən öz vəzifə borcunu və eləcə insanlıq borcunu yerinə yetirib. O, dövlətin siyasətini hər zaman dəstəkləyib, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Onu qınayanlar, irad tutanlar, işinə kölgə salanlar bilməlidirlər ki, atdıqları daş qayıdıb özlərinə dəyəcək. Allah özü həmişə düz yolda olan insnaları qoruyur. Biz də çalışaq ki, eləyə bilmədiklərimizi eləyənləri qoruyaq. Mənim bu yaşımda ondan asılacaq bir işim, nəsə bir təmənnam yoxdur.  O özü o boyda sözlərinizin, tənqidlərinizin, iradlarınıızn, təhqirlərinizin qardşısında sadəcə sizə pıcıldadı: ayıb olsun!  Gör necə səbirli, dözümlü, səviyyəli insnadı.... Bilin ki, Əflatun Amaşov sizi bağışlasa da, Allah bağışlamaz.
    Bu günə kimi necə saf, təmiz yaşadımsa ömrümü axırına kimi belə olacağam. Çalışaq vicdanımızı, mənliyimiiz, mənəviyyatımızı, şəxsiyyətimizi itirməyək, cılızlaşmayaq!
Namiq Məmmədli


Baxış sayı: 724


Bölməyə aid digər xəbərlər