Bütün xəbərlər
Müəllimin -Ziba Hüseynova
Tarix: 06-10-2018 00:19 | Bölmə: Cəmiyyət
Bayramınız mübarək, əziz müəllimlər!
Müəllimin
Seçər əyridən düzü,
Nur saçar gülər üzü.
Qəlbə yatan xoş sözü,
Söhbəti var müəllimin.

Elmi dərin dəryadı,
Alimdi, övliyadı.
Sirr dolu bir dünyadı,
Hikməti var müəllimin.

 Dərin zəka, kamalı,
Sözündə şəkər,
Balı, işıqlıdır amalı,
 Zinəti var müəllimin.

Uşaqlara çox həyan,
Hər an anlayan, duyan.
Heç zaman danılmayan,
Zəhməti var müəllimin.
 
Vətən eşqi canında,
Damarında, qanında.
Xalqın, elin yanında,
Hörməti var müəllimin!

05.10.2018


Baxış sayı: 766


Bölməyə aid digər xəbərlər