Bütün xəbərlər
Paytaxta gətirilən 400 kq ətin at əti olduğu aşkarlanıb (FOTO)
Tarix: 29-09-2018 14:30 | Bölmə: Cəmiyyət

Biləsuvardan Bakıya gətirilən 400 kq ətin at əti olduğu aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 26-da saat 08:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olmuş məlumat əsasında BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda 28.11.1969-cu il təvəllüdlü Biləsuvar rayon Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.
Baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kq-a yaxın yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.
Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib. Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.













Baxış sayı: 645


Bölməyə aid digər xəbərlər