Nazirlik vəzifəli şəxsi 4800 manat cərimələdi
Tarix: 21-05-2020 15:22 | Bölmə: Cəmiyyət

               
 
Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
ETSN-dən APA -ya bildirilib ki, araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.
Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.





Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər