Karantini pozan “leytenant” saxlanıldı - Foto
Tarix: 14-05-2020 19:23 | Bölmə: Cəmiyyət

                  Karantini pozan “leytenant” saxlanıldı


Sabunçu rayonunda karantin qaydalarını pozan “leytenant” saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayon polisi qanunsuz yolla əldə etdiyi, üzərində leytenant xüsusi rütbəsi olan hərbi formanı geyinərək karantin qaydalarını pozan şəxsi saxlayıb.
Belə ki, Bakıxanov qəsəbəsi ərazisində sanitar-karantin rejimi ilə əlaqədar xidmət apararkən polislər hərbi geyimli bir nəfərin qeyri-adekvat hərəkətlərindən şübhələnərək ona yaxınlaşıblar. Özünü hərbi qulluqçu kimi təqdim edən həmin şəxsin üzərində bunu təsdiq edən heç bir sənədi olmadığından o, polis idarəsinə dəvət edilib. İdarədə araşdırma zamanı bu şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda müvəqqəti yaşayan Elçin İsmayılov olduğu məlum olub. O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını etiraf edib.
Elçin İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib. Sözügedən “leytenant” bir ay müddətinə inzabati qaydada həbs edilib.



Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
29-05-2020, 12:32 TƏBRİK EDİRİK!