Əfqan Sadıqovun tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 14-05-2020 15:18 | Bölmə: Cəmiyyət

                  Əfqan Sadıqovun tutulması ilə bağlıRƏSMİ AÇIQLAMA


Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:
“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər