Bütün xəbərlər
Profilaktik tədbirlərə əməl edək, özümüzü, ailəmizi, cəmiyyəti qoruyaq və ehtiyacı olanların qayğısına qalaq!
Tarix: 02-04-2020 12:14 | Bölmə: Cəmiyyət
Son zamanların əsas müzakirə mövzusu olan koronavirus epidemiyası ilə bağlı vəziyyət Azərbaycanda ciddi nəzarət altındadır. Belə ki, bu virusun yayılmasının qarşısının alınması və profilaktikası ilə bağlı bütün lazımi tədbirlər görülür.Prezident İlham Əliyevin tapşırığına əsasən, yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib və Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılıb, yanvarın 30-da isə bu epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib. Dünya ən yeni tarixinin çətin sınaqlar dövrünü yaşayır. Ötən ilin sonlarından müxtəlif ölkələrdə işartıları görünməyə başlayan COVID-19 infeksiyası qlobal pandemiyaya çevrilərək bütün bəşəriyyət üçün böyük təhlükəyə çevrilib.Baş verən son proseslər dövlətin, həmrəylik hissinin, milli birliyin cəmiyyət üçün nə qədər böyük dəyərlər olduğunu göstərir.Güclü, çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq duyğusunun da qürurunu yaşayıriq. Biz bunu pandemiya böhranının ilk günlərindən Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl tədbirlərdə gördük. Prezident İlham Əliyevin birbaşa nəzarəti, verdiyi tapşırıqlar əsasında həyata keçirilən çoxşaxəli tədbirlər göstərdi ki, ölkəmizdə istənilən vəziyyət idarə olunur. Dövlətimiz hər hansı böhran anını nizama salmaq gücündədir. Dövlətimiz xoş gündə də, çətin anlarda da öz vətəndaşının yanındadır. Vətəndaşın qayğıları dövlət üçün ümdə məsələdir.Bəli, koronavirus pandemiyası bu gün dünya üçün böyük təhdiddir. Hazırda bu problemlə üzləşməyən ölkə, demək olar ki, yoxdur. Dünyanın kifayət qədər yüksək inkişaf səviyyəsinə malik İtaliya, İspaniya kimi ölkələri vəziyyət qarşısında aciz qalıb. Hər gün on minlərlə insan bu xəstəliyə yoluxur, minlərlə insan dünyasını dəyişir. Ümumən bütün dünyada çox mürəkkəb vəziyyət yaranıb. Azərbaycan hökuməti də vəziyyətin mürəkkəbliyini, böhranın ciddiliyini vətəndaşlarla açıq şəkildə bölüşür. Çünki başqa ölkələrdə vəziyyətin bu həddə gəlməsinin bir əsas səbəbi də rəylərə görə, insanların baş verənləri əvvəl-əvvəl ciddiyə almaması, karantin tədbirlərinə əməl etməməsi olub.Vəziyyəti heç cür dərk etməyib özünü də, başqalarını da risk altına qoyanlara qarşı isə ciddi inzibati cəzəların tətbiq edilməsi zəruridir. Çünki hansısa şəxsin COVİD-19 infeksiyasına yoluxması təkcə bir nəfərin sağlamlığının pozulması deyil. Onunla təmasda olan onlarla insanın, doğmalarının, yaxınlarının da səhhətinin təhlükə altına düşməsidir. Ölkənin hər yerində bu xəstəliyə qarşı mübarizə aparan tibb işçilərimizin, digər aidiyyəti sənət sahiblərimizin işinin daha da artmasıdır, ümumən dövlətimizin yükünün bir xəstə sayı qədər də ağırlaşmasıdır. Əgər qaydalara əməl edilməzsə, vəziyyət ən pis ehtimallara doğru inkişaf edər, hamımız üçün böyük faciələrə gətirib çıxara bilər.İnsanlar indiyə qədər müəyyən maraqların ardınca gedərək bir-birindən uzaq düşüblər. Müxtəlif amillərin, xırda hisslərin təsiri ilə bir-birinə qənim kəsiliblər. Özlərini başqalarından ayırmaq üçün mümkün qədər daha çox fərqlər tapıb, miflər uydurub, ayrıcalıqları qabardıb nifrət hissini körükləyiblər. İndi isə insanların bütün fərqləri, kin-kidurəti, cılız maraqları kənara qoymasına ehtiyac var. Artıq bir-birimizə sevgi göstərməyi öyrənməliyik. Bəşəriyyət yeni minilliyin ikinci onilliyində üzləşdiyi bu vəziyyətdən, ümid edək ki, gələcək üçün lazımi dərslər ala biləcək. İnsana sevgi, ali ideyalar uğrunda həmrəylik, bərabərlik, ədalət, şəfqət, xeyirxahlıq, qarşılıqlı hörmət, cəmiyyət qarşısında sosial məsuliyyət hissi bundan sonrakı dünyamızda daha böyük aktuallıq kəsb edəcək. Bu dəyərləri daha çox insan bölüşəcək. Bir birimizi qoruyaq ki , işiqlı gələcəyin birlikdə şahidi olaq.. Azərbaycanda xəstəliyin yayılmaması üçün bütün məsələlər hər bir xırdalığa qədər düşünülür və müvafiq addımlar atılır. Yəni, koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi üçün lazımi tədbirlər görülür.Virusa yoluxma hallarının qarşısını almaq üçün insanlar sanitar-gigiyena qaydalarına əməl etməli, qapalı məkanlarda biri- birindən uzaq məsafədə dayanmalıdırlar. Yoluxma daha çox hava damcısı ilə yarandığı üçün öskürmə və asqırma hallarında ağız birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız dəsmalla tutulmalıdır. Mütləq olaraq əllər tez-tez sabunla yuyulmalı, spirtlə dezinfeksiya olunmalıdır. Əllər vasitəsi ilə ağıza və gözə toxunmama adətinə öyrəşmək lazımdır.
Vəkil Rövşən Qasımov



Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər