Bütün xəbərlər
DAP da Şuranın "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşuldu
Tarix: 01-04-2020 23:34 | Bölmə: Cəmiyyət

Mehriban Paşayeva: "Kampaniya çərçivəsində DAP olaraq cəmiyyət arasında, həmçinin sosial şəbəklərdə koronavirusla bağlı maarifləndirmə aparacağıq"

Dünya Azərbaycanlıları Platforması da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub. Bu haqda Dünya Azərbaycanlıları Platformasının rəhbəri Mehriban Paşayeva saytımıza məlumat verib. Mehriban Paşayeva deyib ki, koronavirusa qarşı dövlətimiz təqdirəlayiq önləyici tədbirlər görür: "Cəmiyyət üzvləri də bu baxımdan məsuliyyətli olmaq və birlik nümayiş etdirməklə dövlətin işinə də dəstək vermiş olurlar. Eyni zamanda əhalinin bu virusa yoluxmaması üçün yardım etmiş olurlar. Düşünürəm ki, vətəndaş cəmiyyəti də maarifləndirmə işini gücləndirməlidir. Könüllülük fəaliyyəti əsasında istər əhali arasında, istərsə də sosial mediada təbliğat aparmalıdırlar. Məhz bu baxımdan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası təqdirəlayiqdir. Aprelin 1-dən Dünya Azərbaycanlıları Platforması olaraq bu kampaniyaya qoşuluruq". O daha sonra deyib ki, kampaniya çərçivəsində DAP olaraq cəmiyyət arasında, həmçinin sosial şəbəkələrdə maarifləndirmə aparacaqlar: "İndiki dövür hər birimizdən milli birlik tələb edir. Prezident də əhaliyə həmrəylik və birliklə bağlı cağırış edərək məsuliyyətli olmağımızı qeyd etdi. Biz ölkə başçısının bu cağırışlarına ciddi riayət edərək mövcud problemi az itkilərlə həll edə bilərik".
Sabaha-inamla.Az


Baxış sayı: 884


Bölməyə aid digər xəbərlər