Bütün xəbərlər
Bakıda klinika işçisi döyülərək öldürüldü
Tarix: 02-01-2020 14:02 | Bölmə: Cəmiyyət

Bakıda klinika işçisi döyülərək öldürüldü

Yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.


Baxış sayı: 635


Bölməyə aid digər xəbərlər