Bütün xəbərlər
Namiq Zeynalov Şiləvəngədə qəbul keçirdi - Foto
Tarix: 05-12-2019 17:47 | Bölmə: Cəmiyyət

                 Namiq Zeynalov Şiləvəngədə qəbul keçirdi

Dekabrın 5-də Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Şiləvəngə kəndində keçirilib. 
“Qafqazinfo” xəbər verir ki, görüşdə 120 nəfər sakin iştirak edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışıb, rayonda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
Səyyar görüşdə sakinlər kənd ərazisində olan elektrik dirək və naqillərinin yeniləri ilə əvəz edilməsi, kənddaxili yolların təmiri, kənddə istismar müddəti başa çatmış kənd klubu və mədəniyyət evinin yenidən inşa edilməsi, Adnalı-Şiləvəngə avtomobil yolunun əsaslı təmir edilməsi və Adnalı kənd tam orta məktəb binasının yenidən inşa edilməsi barədə məsələ qaldırıblar.
Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, Cəlilabad Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
 




Baxış sayı: 526


Bölməyə aid digər xəbərlər