Bütün xəbərlər
Demokratik Azərbaycan Dünyası Partiyasında (DADP) “Azərbaycan gəncliyi siyasətdə” mövzusunda seminar keçirildi
Tarix: 02-12-2019 23:08 | Bölmə: Cəmiyyət

Demokratik Azərbaycan Dünyası Partiyasının Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan gəncliyi siyasətdə” adlı seminar keçirilib. Seminarı giriş sözü ilə DADP Gənclər Təşkilatının sədri Nərminə Quliyeva Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə açaraq, bugünkü gəncliyimizin sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclik olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlətimizi, xalqımızı layiqincə dünyada təmsil etmələri üçün gənclərimiz mükəmməl təhsil almalı, elmə yiyələnməli, həyatı dərindən öyrənməlidirlər. Hər bir azərbaycanlı gənc yalnız bu məqsədlə yaşamalıdır. N.Quliyeva müstəqilliyin ilk illərindən fəaliyyət göstərərək Ulu Öndərin siyasi kursuna və dövlətçilik ənənələrinə sadiq qalan, milli-mənəvi dəyərlərin gənclərə aşılanması istiqamətində iş aparan DADP-nin gənclərlə bağlı gələcəkdə də bu cür maarifləndirici seminarlar və tədbirlər keçirəcəyini qeyd edib. Daha sonra seminarda məruzəçi kimi DADP-nin Gənclər, təhsil və elm məsələləri üzrə sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının həqiqi üzvü Elvin Talışınski çıxış edib. E.Talışınski DADP-nin Gənclər Təşkilatının bu təşəbbüsünü yüksək qiymətləndirərək, partiyanın sədri Əlisahib Hüseynova və təşkilatın sədri Nərminə Quliyevaya öz təşəkkürünü bildirib. O, həmçinin digər siyasi partiyaları da bu sahədə aktiv olmağa çağırıb. E.Talışınski öz çıxışını üç hissəyə bölərək gənclərin fərdi inkişafından, onların ictimai həyatda fəaliyyət istiqamətlərindən və siyasi fəaliyyətə necə başlamaq lazım olduğu haqqında seminar iştirakçılarına məlumat verib. Sonra E.Talışınski mövzu ətrafında gənclərlə müzakirələr apararaq, onlara bir çox faydalı məsləhətlərini bildirib. O, eləcə də Azərbaycan dövlətinin gənclər siyasətindən, ölkəmizin elm və təhsil sahəsində mövcud durumundan və bu sahədə gənclərin fəaliyyətindən danışıb. Tədbirdə bir çox ali təhsil müəssisələrində təhsil alan və eyni zamanda dövlət qulluğunda çalışan gənclər iştirak edib. Tədbirin sonunda seminarda iştirak edən gənc fəallara sertifikatlar təqdim olundu.
DADP Mətbuat xidməti














Baxış sayı: 1 779


Bölməyə aid digər xəbərlər