00:11 / 29-03-2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
23:35 / 28-03-2024
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
23:01 / 28-03-2024
Rostovlu cərrahlar 26 qəpik udan adamı xilas ediblər
22:55 / 28-03-2024
Zaxarova Kirbinin kobudluğuna cavab verib
22:50 / 28-03-2024
"Nyukasl"ın futbolçusu Tonali mərc oynadığı üçün növbəti qadağa ilə üzləşib
22:13 / 28-03-2024
Zelenski CBS telekanalına müsahibəsində Amerika silahlarını reklam edib
21:59 / 28-03-2024
"Rosatom"un top meneceri xüsusilə böyük rüşvətə görə həbsxanaya göndərildi
21:53 / 28-03-2024
MDU-nun keçmiş aspirantı 4 il müddətinə azadlıqdan məhrum edilib
21:47 / 28-03-2024
"Sport.es": "Barselona" "Arsenal"ın futbolçusu Jorginyoya iddialıdır
21:20 / 28-03-2024
"The Athletic": UEFA komandaların Avro 2024 üçün müraciətlərini artırmağı planlaşdırır
21:14 / 28-03-2024
Sevastopol qubernatoru bildirir ki, şəhər yaxınlığında təyyarə dənizə düşüb
21:08 / 28-03-2024
Burunov etiraf edib ki, konsertə gecikməsi onu “Krokus”da terror aktından xilas edib
20:59 / 28-03-2024
Bryansk sakini Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək niyyətinə görə həbsxanaya göndərilib
20:55 / 28-03-2024
Lavrov: "Ermənistan bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır"
19:39 / 28-03-2024
Baş Prokurorluq Metanın mətbuat katibinin işini məhkəməyə göndərib
19:35 / 28-03-2024
LCI: Makron Ukraynaya qoşun göndərəcəyi təqdirdə cavabı düşünməyib
19:29 / 28-03-2024
"Daily Mail": Dani Alves zaminə buraxıldıqdan sonra ziyafət verib
07:09 / 28-03-2024
Putin: "F-16"-ların Ukraynaya çatdırılması döyüş meydanındakı vəziyyəti dəyişməyəcək"
07:02 / 28-03-2024
"Krokus"da terror aktını törədənlər İŞİD-in əfqan qanadının Telegram kanalından cəlb olunub
06:54 / 28-03-2024
Vilfand: "Rusiya Federasiyasının doqquz rayonunda -40 dərəcəyə qədər anomal şaxta gözlənilir"
06:49 / 28-03-2024
"Teleqraf": Britaniya Rusiya ilə münaqişədə cəmi bir neçə ay davam edəcək
06:37 / 28-03-2024
Nijni Novqorod məktəblisi terrorçulara təşəkkür etdiyi üçün mer təqaüdündən məhrum edilib
06:28 / 28-03-2024
Putin bildirib ki, Rusiya NATO ilə döyüşmək fikrində deyil
06:23 / 28-03-2024
Putin helikopteri idarə etməyə çalışıb
06:06 / 28-03-2024
“Hesabatına ödənişi əlavə etməyi unudub” - Hikmət Hacıyev
22:56 / 27-03-2024
Futbolçunu öpən Rubialesi 2,5 il həbs gözləyir
22:50 / 27-03-2024
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
22:46 / 27-03-2024
Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım
22:41 / 27-03-2024
Sankt-Peterburqda miqrasiya biznesində şübhəli bilinən 30 nəfər saxlanılıb
22:36 / 27-03-2024
Xarici İşlər Nazirliyi: Rusiya diplomatının Latviyadan çıxarılmasına cavab verəcək
21:40 / 27-03-2024
Vorobyev ÇSKA-nın baş məşqçisi postunda Fedorovu əvəz edəcək
21:33 / 27-03-2024
Aktrisa Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib
21:29 / 27-03-2024
Rusiya Federal Gömrük Xidmətinin rəis müavini Yaqodkina aksiz markalarının verilməsinə görə həbs edilib
21:23 / 27-03-2024
Peskov: "Terror aktından sonra Putin bütün gecəni yatmadı və xəbərlər aldı"
21:15 / 27-03-2024
Rusiya milli futbol komandasının həkimi San-Paulu hava limanında qadını xilas edib
21:09 / 27-03-2024
"Krokus"da insanları xilas edən qarderob işçisi Putinlə görüşmək istədiyini açıqlayıb
21:03 / 27-03-2024
“Krokus” terror aktı ilə bağlı qalmaqallı yazıların müəllifi terrora haqq qazandırdığı üçün həbs edilib
20:56 / 27-03-2024
AŞPA Siyasi Komitəsi Kosovonun Avropa Şurasına üzvlüyünü təsdiqləyib
14:43 / 27-03-2024
Endrik Peleni məğlub edərək Braziliya üçün rekord vurdu
14:38 / 27-03-2024
Məktəbli qızı qətlə yetirməkdə şübhəli bilinirdi
Bakıdakı borc aparatları qanunsuzdur? - Ehtiyatlı olun!
Tarix: 23-11-2019 14:39 | Bölmə: Cəmiyyət
“Qafqazinfo” xəbər verir ki, şəhərin bir neçə ərazisində quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Həmin borc beş gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarmalıdır. Bundan sonra təkrar müraciət zamanı isə şəxs 40 manat pul götürə bilər.
Əsasən işsiz insanlar sözügedən aparatlardan pul çıxarır, ancaq bunun məsuliyyətini dərk etmir. Hətta bu şəraitin vətəndaşlar üçün Mərkəzi Bank tərəfindən yaradıldığına da inanırlar.
Maraqlıdır ki, bu aparatlar kimlər tərəfindən quraşdırılıb? Sözügedən fəaliyyət üçün qanuni icazə alınıbmı?
“Qafqazinfo” bu istiqamətdə araşdırma aparıb. Məlum olub ki, əhalinin fərdi məlumatlarını əldə etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən icazə alınmalıdır. Həmin şirkətin nazirlikdən bununla bağlı icazə alıb-almadığı hələ məlum deyil. Bununla bağlı sözügedən nazirliyə göndərdiyimiz sorğuya həftənin birinci günü cavab veriləcəyi bildirilib.
Digər məsələ isə ölkədə mikromaliyyələşmə mexanizmi ilə bağlıdır.
“Qafqazinfo” xüsusilə xatırladır ki, Azərbaycanda “Lizinq xidməti haqqında” və “Lombardlar haqqında” qanun hələ təsdiq edilməyib. Bundan çıxan nəticə də göstərir ki, şirkətin əhaliyə kredit verməsi ilə bağlı heç bir icazəsi yoxdur.
Tutaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən fərdi məlumatların əldə edilməsi ilə bağlı lisenziya alınsa belə, əgər Maliyyə Bazarlarına Nəzarət Palatasından icazə alınmayıbsa, fəaliyyət qeyri-qanuni sayılır.
Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev də “Qafqazinfo”ya bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarları sahəsində fəaliyyətin tənzimlənməsi, nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir: “Bu əsasda aparılan monitorinqlar zamanı nağd pul vəsaitinin verilməsi (kredit) ilə bağlı quraşdırılmış “Azpulmat” özünəxidmət terminallarının fəaliyyəti araşdırılıb. “Azpul" MMC-yə məxsus terminallar vasitəsilə kreditin rəsmiləşdirilməsi üçün fiziki şəxslərdən fərdi məlumatlar, o cümlədən, biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir.
Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” qanunlarla tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir.
Həmçinin, “Biometrik informasiya haqqında” qanunun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin 28 oktyabr 2008-ci il tarixli fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir.
Qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib”.
Palatanın məlumatından bu terminalların sahibinin “Azpul” MMC-yə məxsus olduğu aydın olur. Ancaq araşdırmamız zamanı, sözügedən MMC-nin fəaliyyəti haqqında heç bir məlumat əldə edə bilmədik. Sadəcə, “azpul.az” adlanan saytları var. Həmin saytda da şirkətin rəsmi çərçivədə fəaliyyət göstərdiyi barədə heç bir informasiya yoxdur. Saytda qeyd edilən telefon nömrəsinə isə dəfələrlə müraciət etsək də, zənglərə cavab verən olmayıb.
“Qafqazinfo” məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilidən də münasibət öyrənib.
O qeyd edib ki, dünyada mikromaliyyələşmə adlanan bir mexanizm var: “Mikromaliyyələşmənin mahiyyəti kiçik məbləğdə pul götürmək və onu qısa müddət ərzində qaytarmaqdır. Məsələn, Rusiyada bu təcrübə çox geniş yayılıb. Orada “Maaşdan-maaşa” deyilən bir sistem var. 10-15 gün müddətində maaş alana qədər, ya da maaşının bir hissəsi qədər kredit götürülür. Ancaq bu mikromaliyyələşmənin həcmi çox böyüyəndə əhali üçün ciddi fəsadlar yarada bilir. Ona görə dünyada qanunvericilikdə maksimum həddlə bağlı limit qoyulur. Tutaq ki, bunun illik faizi 300 faizdən çox ola bilməz. Çünki burada faiz də kifayət qədər böyükdür. Buna görə mikromaliyyələşmə qanunla tənzimlənir. Bunun həcmi çox artarsa, əhali üçün fəsadlar yarada bilər.
Ümumiyyətlə, şirkət bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməlidir. Məndə belə lisenziyanın alınıb-alınmadığı ilə bağlı məlumat yoxdur. Çünki bu fəaliyyət lisenziyalaşdırılan bir fəaliyyətdir.
Bundan əlavə, mikrokreditlərin verilməsi mexanizmi isə kredit və bank haqqında qanunvericiliklə tənzimlənir. Burada istənilən halda bank olmayan kredit təşkilatları var ki, bu fəaliyyətlə məşğul ola bilərlər. Bu da qanunvericiliklə tənzimləndiyi üçün də bu məqsədlə icazə tələb olunur”.
Günel Türksoy
Baxış sayı: 630
Bölməyə aid digər xəbərlər

Bakıda quraşdırılan “Azpulmat” özünəxidmət terminallarının fəaliyyəti sosial şəbəkələrdə ciddi müzakirə edilir.

27-03-2024, 14:38
Məktəbli qızı qətlə yetirməkdə şübhəli bilinirdi
27-03-2024, 11:38
Moskvanın şərqində miqrant arvadını bıçaqlayaraq öldürüb, daha iki nəfərə xəsarət yetirib
27-03-2024, 11:31
Novosibirsk sakini dırmanma divarında idman edərkən ölüb
26-03-2024, 15:22
Dostlarının uşağını suda boğaraq meyiti zibil qutusuna atıb
26-03-2024, 11:11
Bıçaq xəsarətləri olan kişi meyiti tapılıb
26-03-2024, 10:47
Moskva yaxınlığında kiberklubun iki ziyarətçisi bıçaqlı adamın əlindən əziyyət çəkib
26-03-2024, 10:39
Belqorod vilayətində atışma zamanı Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı yaralanıb
25-03-2024, 16:21
Moskva sakini mübahisə zamanı arvadını balyozla döyərək öldürüb
25-03-2024, 15:26
İki oğlan uşağı dəm qazından zəhərlənərək ölüb
25-03-2024, 15:17
Primor sakini partnyorunu uşağın gözü qarşısında öldürüb
24-03-2024, 17:31
Aeroflot sərnişini Moskvadan havaya qalxmazdan əvvəl əl yükündə bomba olduğunu bildirib
24-03-2024, 14:46
Yeniyetmənin dayısının mənzilindən tapdığı qumbara partlayıb
23-03-2024, 13:02
Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
22-03-2024, 15:15
Cinayətkar 15 sutka həbs oluna bilər
21-03-2024, 22:41
Ağacdan qumbaranı çıxarmağa çalışıb, partlayış baş verib
21-03-2024, 19:06
Taksi sürücüsünü vəhşicəsinə öldürüb
21-03-2024, 18:51
İçində milyonlar olan çantanı oğurlayan şəxs saxlanıb
21-03-2024, 15:14
Qardaşını qətlə yetirib
21-03-2024, 14:37
Yanacaqdoldurma məntəqəsindən fişəng və tapança ilə quldurluq edib
20-03-2024, 22:44
Qaçaqmalçılar Qırğızıstandan Özbəkistana 130 metrlik tunel qazıblar
19-03-2024, 14:18
Lukaşenko Putindən iki belaruslunu BKS-ə göndərməyi xahiş edəcək
18-03-2024, 19:54
Qız uşağını buz bloku öldürüb
18-03-2024, 14:14
Stavropol diyarında 3 naməlum şəxs “Əbədi məşəli” ayaqları ilə söndürməyə cəhd edib
17-03-2024, 20:27
Seçki məntəqəsində təqaüdçü fişəng partladıb
17-03-2024, 18:40
Məktəblinin əlində telefon partlayıb
17-03-2024, 13:42
Yeniyetmə həmyaşıdını bıçaqlayaraq öldürüb
16-03-2024, 21:49
Novosibirsk sirkində gimnast hündürlükdən yıxılıb
16-03-2024, 12:30
"Sputnik V" peyvəndinin yaradıcısının qatili koloniyaya göndərilib
16-03-2024, 11:37
Dostunu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb
16-03-2024, 11:25
Dağıstanda kanalizasiyada qazın partlaması nəticəsində iki nəfər ölüb
16-03-2024, 11:16
Kişi arvadını və uşağını güllələyib, sonra isə intihar edib
15-03-2024, 04:41
Mişar zavodunun ərazisindəki anqar 1,5 min kvadratmetr sahədə yanıb
14-03-2024, 14:48
Dağıstan sakini iki qoca uzaq qohumunu bıçaqlayaraq öldürüb
14-03-2024, 11:37
Partlayıcı qurğuların istehsalı üzrə yeraltı sex ləğv edilib
14-03-2024, 11:25
İES-də baş verən yanğın zamanı xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib
13-03-2024, 21:16
Qrayvoronun atəşə tutulması zamanı dinc sakinlər yaralanıb, bir qadın ayağını itirib
12-03-2024, 15:46
Qısqanc ər arvadının tanışlarını güllələyib
12-03-2024, 12:44
“Yaquar” markalı avtomobil səkiyə çıxıb və piyadaları vurub
12-03-2024, 12:11
Sərxoş xuliqan kişini iki zərbə ilə ağır yaralayıb
11-03-2024, 13:41
Tikinti materialları anbarında güclü yanğın baş verib
11-03-2024, 13:17
Məktəbli tikintidə ağır xəsarət alıb
11-03-2024, 12:26
Məktəbli ehtiyatsızlıqdan başqasının tüfəngi ilə anasını yaralayıb
10-03-2024, 09:27
Zapaşnı: "Sirk ifaçısı tamaşadan sonra xəstəxanada öldü"