Bütün xəbərlər
Cüdo və sərbəst güləş idman növləri üzrə Sumqayıt çempionatlarına yekun vuruldu-SUMQAYIT-70
Tarix: 18-11-2019 21:33 | Bölmə: Cəmiyyət
Mehdi Hüseynzadə adına şəhər stadionunda və “Alüminiumçu” İdman Evində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş müvafiq olaraq cüdo və sərbəst güləş üzrə şəhər çempionatları keçirilmişdir.
15-16 noyabr 2019-cu il tarixlərində cüdo üzrə keçirilən yarışda Murad Əliyev (60 kq), Kamran Süleymanov (66 kq), Rəşad Cəfərzadə (73 kq), Əli Poladov (81 kq), Ruslan Səfixanov (90 kq), Qurban Məmmədli (100 kq), Çingiz Ramazanov (+100 kq) oğlanlar arasında, Gülşən Kəriomova (48 kq), Əfsanə Daanova (52 kq), Xədicə Rəşidova (63 kq) və Mehriban İmanzadə isə qızlar arasında çempionatın qalibi olmuşlar.
16-17 noyabr tarixlərində isə sərbəst güləş üzrə yarışda Seymur Yunusov (57 kq), Kənan Ağamalıyev (61 kq), Cavidan Əhmədov (65 kq), Elvin Həsənov (70 kq), Nadir Hacıyev (74 kq), Cavid İsayev (79 kq), Cəlal Nağıyev (86 kq), Fuad Şahverənov (92 kq), Murad Hüseynov (97 kq) və Elşən Aslanov (125 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif olunmuşlar.
Sabaha-inamla.Az



Baxış sayı: 797


Bölməyə aid digər xəbərlər