Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olunub
Tarix: 08-11-2019 01:20 | Bölmə: Cəmiyyət

                               

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. 
Tədbir iştirakçıları rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailə üzvləri ilə görüşüblər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb.
M.İbrahimovun atası Ağakərim İbrahimov Prezident İlham Əliyevin tapşırığına əsasən inşa olunmuş Mübariz İbrahimovun Xatirə Muzeyinə, onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürünü bildirib.
Sonra məktəblilərin hazırladığı şeirlər dinlənilib.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər
17-11-2019, 09:56 TƏBRİK EDİRİK!
12-11-2019, 00:06 TƏBRİK EDİRİK!
29-10-2019, 17:12 Çox sevirdik onu
18-10-2019, 03:37 TƏBRİK EDİRİK!