Bütün xəbərlər
Tanınmış həkimin ailəsində faciə - Qızı xərçəngdən öldü
Tarix: 07-11-2019 18:09 | Bölmə: Cəmiyyət

                     Tanınmış həkimin ailəsində faciə


Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.
"Qafqazinfo" BakuPost-a istinadən xəbər verir ki, psixiatrın həkim qızı, Hippokrat Tibb Mərkəzinin Laboratoriya Departamentinin rəhbəri Nigar Tağızadə bu gün vəfat edib.
1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumun 3 övladı var.
Xatırladaq ki, N. Tağızadə kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır. L. Tağızadə sözügedən Tibb Mərkəzinin direktorudur.

"Qafqazinfo" mərhumun fotosunu əldə edib. (Nigar Tağızadə və bacısı Leyla Tağızadə)





Baxış sayı: 670


Bölməyə aid digər xəbərlər