Bütün xəbərlər
YENİ KOALİSİYA YARADILDI
Tarix: 06-11-2019 11:43 | Bölmə: Cəmiyyət

“MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ

Ötən gün “Dünya Ana və Uşaqlar” ictimai birliyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyi birgə “Milli Mənəvi Dəyərlərimiz Uğurunda” adlı koalisiya yaratdıqlarını bəyan etdilər.
Koalisiyanin yaradılmasında əsas məqsəd cəmiyyətdə mövcud olan milli-mənəvi dəyərlər baxımından yaranmış problemləri ictimailəşdirərək müvafiq qurumlara çatdırmaq və onların aradan qaldırılmasında dövlətə dəstək olmaqdır.
Tədbiri giriş sözü ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq, koalisiyanın yaradılmasının əsas məqsədi haqqında iştirak edənlərə geniş məlumat verdi. Daha sonra “Dünya Ana və Uşaqlar” ictimai birliyinin sədri Dünya Əliyeva da bu koalisiyanın gələcəkdə görəcək işləri barədə hər kəsi məlumatlandırdı.
Qeyd edək ki, hər iki təşkilat rəhbəri artıq uzun illərdir ki, milli-mənəvi dəyərlərin təbliği istiqamətində Respublikanın bir çox yerlərində tədbirlər həyata keçirmiş və cəmiyyətimizin maariflənməsi üçün xeyli işlər görmüşdür.
Koalisiyaya bir çox ziyalılar, müxtəlif ixtisaslı mütəxəssislər-ekspertlər və ictimai fəal gənclər qoşulmuşdur.
Koalisiyanın ilk iclası müzakirə əsasında davam etdi.
NƏRMİNƏ QULİYEVA




Baxış sayı: 690


Bölməyə aid digər xəbərlər