Bütün xəbərlər
Eks-deputatdan məmurlara İTTİHAM: “Hərəsi özünə bir kafedra açdırıb”
Tarix: 03-11-2019 15:08 | Bölmə: Cəmiyyət
                  

Sabiq deputat, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev məmurlara yönəlik ciddi ittiham səsləndirib.
Modern.az saytı xəbər verir ki, Musa Musayevin sözlərinə görə, bir sıra yüksək səlahiyyətli məmurlar ayrı-ayrı təhsil ocaqlarında özlərinə kafedralar açdırıblar.
Sabiq deputat bunu həlli vacib olan məsələ adlandırıb:
“Hamıya da məlumdur ki, onlar həmin kafedraların qapısını belə tanımırlar, auditoriyalara ayaq basmırlar. Onda çox böyük sual yaranır: Həmən kafedraları “işğal altında” saxlamaq nəyə xidmet edir? Gəlin obyektiv düşünək, belə bir şəraitde təhsilde hansı islahatları aparmaq olar... Mən hesab edirəm ki, bu problem öz həllini tapmalıdır. Təhsil müəssələrimizi, elmimizi məmur kaprizlərindən xilas etməyin tam zamanıdır!”.



Araşdırmalar göstərir ki,  doğrudan da hazırda dövlət ali məktəblərində kafedra müdiri olan xeyli yüksək çinli məmur və deputat var.


Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər