Bütün xəbərlər
“Kim ayı saxlayan görürsə, videosunu çəkib yayır” - Muxtar Babayev
Tarix: 31-10-2019 12:20 | Bölmə: Cəmiyyət

                   “Kim ayı saxlayan görürsə, videosunu çəkib yayır”


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev son günlər ayı ətinin satılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, o bildirib ki, ayı ətinin satılması ilə bağlı məşğul olan "ovçu" artıq saxlanılıb: "O bununla bağlı cəmiyyətə və dövlətə cavab verəcək. Bilirsiz, yəqin tələbat olmasa onu satışa çıxaran olmaz. Görünür ki, hansısa tələbat var.
Nazir həmçinin qeyd edib ki, heyvanların şəxsi evlərdə saxlanılması halları azalıb: " Artıq cəmiyyət bu sahədə oyanıb. Kimsə bunu görürsə, videosunu, şəklini çəkib yayır".


Baxış sayı: 544


Bölməyə aid digər xəbərlər