22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb

15:54 / 18-04-2024
SEPAH: İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və zərbə vurmağa hazırdır
15:42 / 18-04-2024
40-dan çox it aclıqdan və soyuqdan ölüb
15:36 / 18-04-2024
Bavariyada iki nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb
15:29 / 18-04-2024
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
15:24 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının idman zalına pilotsuz təyyarə ilə yenidən hücum edib
15:19 / 18-04-2024
Peskov: "ABŞ Kiyevə kömək etməklə özü üçün fayda axtarır"
15:14 / 18-04-2024
Zaxarova: "Almaniya Rusiyanı konsentrasiya düşərgəsi məhbuslarının xatirəsini yad etməyə dəvət etməyib"
15:10 / 18-04-2024
Rusiya Xarici İşlər Nazirliyi: MAQATE rəhbəri Qrossi tezliklə Rusiyaya səfər edə bilər
15:00 / 18-04-2024
İspaniyada 17 yaşlı idmançı meningitdən dünyasını dəyişib
14:57 / 18-04-2024
Müstəntiqlər iradına görə moskvalını öldürən miqrantın şəxsiyyətini müəyyən ediblər
14:51 / 18-04-2024
"Monako"nun futbolçusu Qolovin zədə səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub
14:47 / 18-04-2024
Peskov: "Kiyevə yeni yardım paketi cəbhədəki vəziyyəti dəyişməyəcək"
14:42 / 18-04-2024
Bayden əmisinin cəsədinin yoxa çıxmasını adamyeyənlərlə əlaqələndirib
14:37 / 18-04-2024
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 8 nəfər yaralanıb
23:29 / 17-04-2024
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
23:09 / 17-04-2024
Amsterdam kütləvi turizmlə mübarizə məqsədilə yeni otellərin tikintisini qadağan edib
22:47 / 17-04-2024
Məktəblini vuran müəllimə qarşı cinayət işi açılıb
21:58 / 17-04-2024
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
21:42 / 17-04-2024
Hindistan 1,44 milyard nəfərlə əhalinin sayına görə dünyada 1-ci yerdədir
21:38 / 17-04-2024
"Teleqraf": Konqo DR-də pandemiya potensialı olan meymun çiçəyi ştammı aşkar edilmişdir
21:32 / 17-04-2024
Yeni yardım layihəsi ABŞ prezidentini Kiyevlə təzminatla bağlı danışıqlar aparmağa məcbur edir
21:26 / 17-04-2024
Belçika və Çexiya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təklif edir
19:25 / 17-04-2024
GÖMRÜK AKADEMİYASINDA DÖVLƏT GÖMRÜK KOMİTƏSİ YANINDA İCTİMAİ ŞURANIN ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
16:30 / 17-04-2024
G7-nin yaratdığı qrupa İsveçrə daxil edilməyəcək
16:20 / 17-04-2024
Təyyarəni sahəyə endirən pilot Ural Hava Yollarından istefa verib
16:16 / 17-04-2024
Vıqovski: "Almaniyada Rusiya Federasiyasına aparıldığı hesab edilən 161 ukraynalı uşaq tapılıb
“Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var” - Video
Tarix: 29-10-2019 12:12 | Bölmə: Cəmiyyət
“Elə olur ki, bəzən qadınlar özləri mənə yaxınlaşıb münasibət təklif ediblər. Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var. Özümü elə aparmışam ki, guya, bəyənmirəm. Onlar da düşünüb ki, bu nə eşşək adamdır?! Qadın yaxınlaşır, bu da saymazlıq edir. Daha bilmirlər ki, xəstəyəm, fikirləşirəm o da bədbəxt olacaq”.
Müsahibim artıq 6 ildir ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) əziyyət çəkir. O, əvvəllər narkotik aludəçisi olduğu üçün buna Rusiyada həbsdə olarkən yoluxduğunu düşünür. İl yarımdır Bakıda yaşayır və müalicəsini burada davam etdirir. “Qafqazinfo” olaraq onunla elə müalicə aldığı Respublika QİÇS-lə Mübarizə Mərkəzində görüşürük.
Çəkilişə başlamazdan əvvəl yəqin ki, heç vaxt unutmayacağım və hazırladığım əksər suallara cavab aldığım, onun həyatını qısa və dəqiq əks etdirən bir hal yaşanır.
Formatımız belədir ki, adətən müxbir videolarda görünmür. Bu dəfə isə müsahibimin də üzü görünməməli idi. Mənim harada oturacağımı, kadrın necə qurulmalı olduğunu müzakirə edirdik. Bizi dinləyən Anar (ad şərtidir) müzakirəyə qoşulur:
- Narahat olma, yanımda otursan, xəstəlik keçməyəcək.
- Yox, yox, siz səhv başa düşdünüz.
- Bilirəm, onsuz həmişə bizi görəndə qorxub uzaq qaçırlar.
Bu dialoqdan sonra müzakirəsiz keçib müsahibimin yanında əyləşirəm və söhbətə başlayırıq:
- Virusa yoluxduğunuzu öyrənəndə nə hisslər keçirdiz?
- Həbsdə qan analizimin nəticəsində çıxmışdı. Dedilər ki, belə bir virusa yoluxmuşam. Mənim üçün təccüblü olmadı. Aydın məsələdir, gec-tez olmalı idi. 29 ilin narkomanıyam. Onsuz da, bütün bədbəxtliklər narkotiklə başladı. Çıxış yolu var, ancaq hər adamın başı üçün deyil. Günahkar özüm oldum.
- Ailənizlə münasibətiniz var?
- Valideynlərim rəhmətə gedib. Nə qohumlar, nə də bacılarım mənimlə əlaqə saxlayır. Bacım məşhur bir şirkətdə direktordur, altında 50 minlik maşın var, ancaq qardaşı 130 manat pensiya ilə dolanır. Uzun müddətdir ki, uşaqlarını qucağıma ala bilmirəm, ümumiyyətlə görmürəm. Onları da qınamıram. Valideynlərimin vaxtsız ölümündə məni günahlandırırlar. Haqlıdırlar.
İmkanlı ailədə doğulmuşam. Moskva Dövlət Universitetini bitirmişəm. Ali savadlıyam. 23 illik həbs həyatım var ki, bunun özü də böyük məktəbdir. Dünyanı gəzmişəm. Özümü ağıllı adam sayıram. İstəsəz siyasətdən, incəsənətdən, astrologiyadan, meta-fizikadan, lap elə idmandan danışaq. Ancaq hazırda mənim bir mənfim var və ona görə artıq heç kimə lazım deyiləm.
- Övladınız var?
- 3 dəfə rəsmi formada evli olmuşam, birinci yoldaşım Azərbaycan gözəlidir. Ancaq övladım yoxdur. Bu, mənim ürəyimdə qalmış bir yaradır.
Hazırda immunitetim 745-dir. Sağlam adamda bu rəqəm 1200 olur. Həkimlərin sözünə görə, münasibətim olsa, qadın yoluxmaya bilər, uşağım da sağlam doğular. Soruşuram ki, 100%-dir? Deyirlər ki, yox, 99%. Bu, kazino deyil axı, insan həyatı ilə oynaya bilmərəm.
- Cəmiyyətin sizə münasibəti necədir?
- Cəmiyyətdə bizə yararsız kimi baxır, adam qismində görmürlər. Bizi görəndə üzümüzə gülsələr də, ürəklərində düşünürlər ki, bunlar tez ölsəydi, tez yansaydılar, canları rahatlayardı. Onları qınamıram. Əvvəl mən də virus daşıyan şəxsləri görəndə biruzə verməməyə çalışsam da, ürəyimdə o adamdan iyrənirdim, çalışırdım ki, uzaq durum. İndi bizdən uzaq gəzənlərə necə bir söz deyə bilərəm?
- Hazırda nə işlə məşğul olursuz?
- Artıq il yarımdır ki, Bakıdayam və narkotikdən uzaq dururam, müailəcəmi davam etdirirəm. Onların hamısını kənara qoymuşam. Vaxtilə xərclədiyim pulların sayı-hesabı yoxdur. Oğurluq eləmişəm. Ehtiyacım olmayıb, bunu hobbi kimi etmişəm.
İndi görürəm ki, cavan oğlan-qız uşaqları yol kənarında iynə vurur. Necə o vaxt mənə deyirdilər, indi də mən onlara söz deyirəm, təsir etmir. Mənim kimi bu qulaqdan alıb, o birindən buraxırlar. Həmin vaxt başa düşürsən ki, bu insan sənə düz deyir. Ancaq əməl edə bilmirsən. Fikirləşirsən ki, 5 günlük dünyadır.
Bizim 3-5 gün ömrümüz qalsa da, yenə bir işə yaraya bilərik, nəyəsə faydamız dəyə bilər. Bizi bu qədər hər yerdən kənarlaşdırmasınlar.
Anarın palata yoldaşı isə çox tez, 15 yaşından QİÇS-ə yoluxub və müntəzəm olaraq müalicəsini davam etdirir. Əslən Mingəçevirdən olan Vüsal (ad şərtidir) yaşadıqları evdə körpə üçün risk olduğundan Bakıya köçüb, burada işləyərək qazancından ailəsinə kömək edir:
“Rusiyada həbsdəydim, virusa yoluxduğumu o zaman öyrəndim. Mingəçevirdə yaşayırdım, evimizdə qardaşımın balaca uşağı olduğu üçün narahat oldum, Bakıya gəldim. Hazırda avtoyumada işləyirəm, maşın yuyub pul qazanıram. Qazancımın yarısını evə göndərirəm, yarısı ilə də özüm dolanıram. Ailədə bilirlər, mənə münasibət yaxşıdır, özüm onlarla qalmaq istəmədim.
Xəstəliyin ən pis tərəfi odur ki, ailəli ola bilmirsən. İstəmirəm, kimləsə evlənəm, uşağım, yoldaşım bədbəxt olsun”.
- Özünüzü necə hiss edirsiz? Hər hansı narahatlığınız və ya ağrınız olur?
- Heç nə hiss etmirəm, vəziyyətimdə hər hansı bir dəyişiklik yoxdur. Həkimlər deyir əsas narkotikdən uzaq olun, mən də istifadəçisi deyiləm. İmmunitetimi aşağı salmadıqca, hər şey qaydasındadır.
Vaxtlı-vaxtında dərmanımı içirəm, həkimlərdən və bizə yaradılmış şəraitdən razıyam.
Sadəcə cəmiyyətdə, başqaları biləndə çətin olur, qorxurlar bizdən. Özüm də qorxuram, onları qınamaq olmaz.
Həmsöhbətlərimi çox yormamaq üçün onlarla sağollaşıb qaldıqları stasionar şöbənin müdiri Arzu Məmmədova ilə söhbətə davam edirik. Onun sözlərinə görə, şöbədə 20 çarpayı olsa da, adətən xəstə sayı 15-16 nəfər arasında dəyişir. Həm yeni, həm də mütəmadi olaraq müalicəsini davam etdirən xəstələr olur. Xəstələrə sistem vurulur, dərmanlar verilir.
Daha sonra mərkəzlə yaxından tanış olmaq üçün qəbul, ümumi şöbələr, göstərilən xidmətlər və analizlərin hansı formada aparılması ilə maraqlanırıq. Mərkəzin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərlinin sözlərinə görə, burada iki qəbul şöbəsi var. Biri müalicə-profilaktika məsələləri üzrə gələn qanların müayinələrinin qəbul şöbəsi, digəri isə sıravi vətəndaşların müayinədən keçmək üçün müraciət etdiyi şöbə. Bu zaman vətəndaş şəxsiyyətini təqdim etmədən anonim yolla müayinə oluna və cavabları şifahi formada ala bilər. Əsasən həmin şəxslərlə anonim kabinetdə söhbət aparılır və müalicə alması tövsiyə olunur. Arzu xanımın sözlərinə görə, anonim kabinetdə oturan həkim pozitiv və gülərüz olmalıdır ki, müraciət edənlər onunla danışmaqdan çəkinməsin.
Odur ki, biz də elə anonim kabinetə, həkim Elmira Rəfibəylinin yanına yollanırıq. Elmira xanımın sözlərinə görə, adətən onun yanına gələn şəxslər bir qədər narahat və panikada olurlar:
“Elə ötən gün bir oğlan gəlib ki, 2 saat əvvəl cinsi əlaqədə olub, tez müayinə olunmalıdır. Sakitləşdirməyə çalışıram, olmur. Müraciət edən şəxslərə qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görürük, inanırsız, çoxu bilmir.
Adətən kişi və ya qadın cinsi əlaqədə olur, daha sonra onlara məlumat çatır ki, qarşı tərəf İtirilmiş İmmun Çatışmazlığı Virusu (İİV) daşıyıcısıdır. Bu zaman anonim müayinə üçün bizə müraciət edir.
Anonim müayinə adından göründüyü kimi gizlidir, ödənişsizdir. Analiz zamanı 90% doğruluğu olan nəticə həmin gün, 100%-lik laborator cavab isə növbəti gün müəyyən olunur.
QİÇS daşıyıcısı olan bir şəxslə əlaqədə olmaq o deyil ki, mütləq şəkildə xəstəliyə yoluxursan. İnsan 48 saat ərzində post-kontakt müalicə olunaraq xəstəliyə yoluxmaqdan qurtula bilər”.
Elmira xanımla da sağollaşıb bu dəfə laboratoriyaya yollanırıq. Mərkəzin həkim-laborantı Səbinə İbrahimovanın sözlərinə görə, laboratoriya ən müasir tibbi avadanlıqlarla təmin olunub: “Gün ərzində 500-ə yaxın qan müayinə olunur. Nəticə müsbət çıxan qanların arxivdə saxlanılması üçün -80 dərəcəlik soyuducular var. Biz həmin qanları ömür boyu dondurub saxlayırıq”.
Son olaraq Arzu xanım bizə ümumi məlumat verir ki, cari ilin ilk ayına olan statistikaya əsasən, ölkəmizdə İİV-lə yaşayan insanların sayı 6163 nəfər olub ki, onlardan 4980 nəfəri müalicəyə cəlb olunub. 2019-cu ildə 630 yeni yoluxma halı aşkar olunub. Onlardan da 77%-i kişi, 23%-i isə qadındır. Uşaqlar arasında isə İİV-ə yoluxma halı müşahidə olunmayıb:
“Orqanizmlər müxtəlif olduğu üçün immun vəziyyətindən asılı olaraq insanların yoluxma ehtimalları da fərqli olur. İİV virusu daşıyan bir şəxslə cinsi əlaqədə olmaq o demək deyil ki, mütləq virus yoluxacaq.
Hazırda respublikada donor qanı 100% müayinə olunur, bu səbəbdən də hələ ki, qanköçürmə zamanı virusun yoluxma halı müşahidə olunmayıb.
Müayinə üçün gələn bütün vətəndaşlarda istər-istəməz qorxu olur. Onlarla söhbət aparılır. Əgər virus aşkar olunarsa, biz ona birbaşa demirik. Saatlarla söhbət aparılır. Müayinədən sonra virus aşkar olunarsa, o dəqiqə müalicə tətbiq olunur.
Tez-tez ticarət mərkəzlərində, məktəblərdə, müxtəlif qurumlarda tədbir və konfranslar keçirilir. Nə qədər ali savadlı olsa da, QİÇS xəstəliyindən ümumiyyətlə məlumatsız olan çox insan var”.
Baxış sayı: 597
Bölməyə aid digər xəbərlər

17-04-2024, 22:47
Məktəblini vuran müəllimə qarşı cinayət işi açılıb
17-04-2024, 11:22
Baykal gölündə hava gəmisinin batması nəticəsində iki nəfər ölüb
17-04-2024, 10:46
Omskda naməlum şəxs bank filialında partlayış törədib
16-04-2024, 23:38
Moskvada başqa bir özəl klinikada daha iki xəstə dünyasını dəyişib
15-04-2024, 23:06
Uşaq meydançasında yeniyetməni döyən şəxs saxlanılıb
15-04-2024, 21:49
Qəyyumunu öldürməkdə şübhəli bilinir.
15-04-2024, 20:53
Dmitri Portnyagin ev dustaqlığına buraxılıb
15-04-2024, 16:37
Keçmiş baş prokuror Valentin Stepankovun oğlu Moskvada ölü tapılıb
15-04-2024, 16:07
Adəmin atasına 30 sutka həbs verildi
15-04-2024, 16:01
Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
14-04-2024, 18:12
Yoldan keçənlərin üstünə "kislata" tökən şəxs həbs edilib
14-04-2024, 15:05
Moskvada taksi sərnişini külli miqdarda mefedronla yaxalanıb
13-04-2024, 21:26
Vladimirdə vilayət hökumətinin binası yaxınlığında bir nəfər “Molotov kokteyli” atıb
12-04-2024, 21:48
“Kislo manyak”ın qadınlara hücumundan sonra xuliqanlıq işi açılıb
12-04-2024, 10:44
5-ci sinif şagirdi beton blokun altında qalaraq ölüb
12-04-2024, 10:21
Sevgilisinin meyiti arabada olan kişi saxlanılıb
12-04-2024, 10:15
Fərdi evdə baş verən yanğın bir uşağın həyatına son qoyub
9-04-2024, 20:31
Sərxoş kişi rəqibinin ağzına köpük töküb
9-04-2024, 16:09
Litvada Rusiya səfirliyinə hücumda şübhəli bilinən şəxs saxlanılıb
9-04-2024, 14:06
Moskvanın mərkəzindəki ofisdə başı sınmış kişi meyiti tapılıb
8-04-2024, 15:49
Yeni Moskva sakini “Krokus” terror aktı qurbanlarının xatirəsinə ucaldılmış abidəni yandırdığına görə saxlanılıb
7-04-2024, 21:32
Rostov yaxınlığında iki nəfəri vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
7-04-2024, 21:26
S.K.: Moskva vilayətində polis əməkdaşları yaralanıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri dünyasını dəyişib
7-04-2024, 13:14
Dördüncü mərtəbədən az qala yıxılan qonşunun uşağını kişi xilas edib
7-04-2024, 13:09
Sürücü buzun arasından düşən ekskavatorun kabinəsində ölüb
7-04-2024, 12:44
Moskva vilayətində stansiyalardan birində sınıq və elektrik cərəyanı əlamətləri olan qız tapılıb
6-04-2024, 22:32
Kiyevdə bıçaqlı şəxs hərbi komissarlığın əməkdaşlarına hücum edib
6-04-2024, 15:42
Andrey Çibisə hücumda şübhəli bilinən şəxs xəstəxanada həbs edilib
5-04-2024, 14:56
Qızlar keçiddə onlara hücum edən pedofili tanıyıblar
5-04-2024, 13:59
Krasnoyarsk sakini partnyorunu öldürərək cəsədini zibilliyə atıb
5-04-2024, 12:48
Yekaterinburqda ticarət mərkəzində baş verən yanğınla əlaqədar 2 min insan təxliyə edilib
3-04-2024, 20:51
"Azov" Milli Batalyonunun zabiti qiyabi olaraq ciddi rejimli koloniyada 28 il cəza alıb
3-04-2024, 15:41
İki yeniyetmə kişini öldürməkdə şübhəli bilinir
3-04-2024, 13:33
Məhkum pedofillərə uşaqlar üçün yerləri ziyarət etmək qadağan edildi
2-04-2024, 13:15
Yeniyetmələr iradlarına görə avtobus sərnişinini döyüblər
2-04-2024, 11:56
Ölümlə nəticələnən qəza nəticəsində 4 gənc idmançı xəsarət alıb
2-04-2024, 11:40
“Mediazona”nın naşiri Verzilov ordu ilə bağlı saxta xəbərlərə görə yenidən məhkum edilib
1-04-2024, 16:48
Avtobusla qatarın toqquşması nəticəsində 7 nəfər ölüb
1-04-2024, 16:45
Keçmiş qohumlarının qətlini təşkil edən və anası saxlanılıb
1-04-2024, 13:46
Gecə klubunun yaxınlığında kişi güllələnib