Dələduzluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başladı
Tarix: 28-10-2019 15:10 | Bölmə: Cəmiyyət

        


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən Şəfiqə Musazadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.
İttihama görə, uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.
2018-ci ildə isə Ş.Musazadə özəl bağça açaraq bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.
Lakin bağça aylarla fəaliyyət göstərsə də, cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.
Zərərçəkmişlər Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər
17-11-2019, 09:56 TƏBRİK EDİRİK!
12-11-2019, 00:06 TƏBRİK EDİRİK!
29-10-2019, 17:12 Çox sevirdik onu
18-10-2019, 03:37 TƏBRİK EDİRİK!