Bütün xəbərlər
Raquf Orucovun xanımı vəkil oldu - Açıqlama
Tarix: 12-10-2019 21:18 | Bölmə: Cəmiyyət

                   Raquf Orucovun xanımı vəkil oldu


Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova vəkillik fəaliyyətinə başlayır.
"Qafqazinfo"ya açıqlama verən "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ötən gün and içdiyini, vəkil vəsiqəsi aldığını bildirib:
"Ötən gün and içdim, vəkil oldum. Özüm ali təhsilli hüquqşunasam. Böyük bir şirkətin hüquq departamentinin direktor müaviniyəm. Hüquq müdafiəçisi Sahib Məmmədov bizim dostumuzdur. O, bizimilə məsləhət elədi ki, artıq Anar Bağırov gəlib, bu sahədə mütərəqqi dəyişiklər olub. Bəs, sən niyə vəkil olmaq istəmirsən? Birinci həvəs yaradan Sahib müəllim oldu. Keçən ilin oktyabr ayında Bakı Dövlət Universitetinin müəllimi Asif müəllim köməklik göstərdi, istiqamət verdi, hazırlaşdım. Test mərhələsini keçdim. Vəkillər Kollegiyasının çox köməyi oldu. Hazırda bu kollegiyanın üzvüyəm. Vəsiqəni Anar müəllim özü təqdim etdi. Qadın hüquqları üzrə çalışacam. Qadınlara qarşı çox zorakılıq olur, öldürülür".


Baxış sayı: 633


Bölməyə aid digər xəbərlər