Bütün xəbərlər
Mübariz İbrahimovu təhqir edən psixoloq həbs ediləcək – Ekspertiza rəy verdi
Tarix: 10-10-2019 23:19 | Bölmə: Cəmiyyət


                    

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Turkustan.info-nun məlumatına görə, Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə keçirilən ekspertizanın rəyi məlum olub.
Rəydə məlum olub, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.
Keçirilən prosesdə cavabdeh kimi Nərmin Şahmarzadə gəlməyib.
Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov buna etiraz edib, bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib.
Hakim Cavid Hüseyn deyib ki, əgər növbəti məhkəmə iclasına da gəlməsə, N.Şahmarzadənin haqqında məcburi gətirilmə qərarı çıxarılacaq. Növbəti iclas isə oktyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.
Məhkəmədə N.Şahmarzadənin həbsi tələbilə üç nəfər – Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və Şamama İbrahimova olsa da, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. R.Rüstəmov hazırda bu işdə Ş.İbrahimovanın nümayəndəsi və vəkili kimi iştirak edir.  /Bakupost.az/


Baxış sayı: 603


Bölməyə aid digər xəbərlər