19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
Tovuzdakı qətllə bağlı iki maddə ilə cinayət işi başlandı - TƏFƏRRÜAT
Tarix: 13-09-2019 11:23 | Bölmə: Cəmiyyət

                        


Tovuzda Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Trend-ə Tovuz rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.
Trend-in əldə etdiyi məlumata görə, hadisəni törədən Ə.Şamıyev könüllü olaraq polisə təslim olub.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər
7-10-2019, 14:47 Vətənpərvər ziyalı
1-10-2019, 23:28 “Quska”ya hökm oxundu
16-09-2019, 01:22 TƏBRİK EDİRİK!